19.07.16 11:28 ərzində olan dəyişikliklər Yazan Administrator 19.07.16 11:18
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Dövlətimizin başçısı Türkiyədə hərbi çevriliş cəhdini qətiyyətlə pisləyərək bildirib ki, Azərbaycan xalqı və dövləti həmişə olduğu kimi, Türkiyə xalqı və dövlətinin yanındadır. Prezident İlham Əliyev çevriliş cəhdinin qarşısının alınması nəticəsində həlak olanların ailə üzvlərinə və Türkiyə Prezidentinə başsağlığı verib, yaralılara şəfa arzulayıb.
19.02.16 11:31 ərzində olan dəyişikliklər Yazan Administrator 19.02.16 11:17
Bu gün Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə paytaxt gəncləri, Gəncliyə Yardım Fondunun nümayəndələri, idman idarələri, fəal gənclər, ictimai birliklər və TGT-nın nümayəndələri dünən Türkiyənin Ankara şəhərində baş vermiş terror aktında dünyasını dəyişən insanları yad etmək məqsədilə Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısına toplaşıblar.
Gənclər səfirliyin önünə gül dəstələri qoyub, iki ölkənin bayraqlarını dalğalandıraraq, terror qurbanlarının xatirəsini yad ediblər. İştirakçılar birlik nümayiş etdirərək terror aktını qətiyyətlə pisləyib, cinayətkarların ən sərt qanunlarla cəzalandırılmasını tələb ediblər.
23.09.15 15:12 ərzində olan dəyişikliklər Yazan Administrator 23.09.15 14:47
Azərbaycan şairi, əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Aslan bu gün dünyasını dəyişib.. Qeyd edək ki, Məmməd Aslan uzun müddət ağciyər xəstəliyindən əziyyət çəkib. Mərhumla vida mərasimi sentyabrın 23-də saat 11-12 radələrində "Göy Məscid"də keçirilib. Dəfn mərasimində şairin doğmaları, qələm dostları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Məmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olub. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil alıb (1957-1962).
23.06.15 17:17 ərzində olan dəyişikliklər Yazan Administrator 23.06.15 17:07
23.06.2015-ci il tarixində TİKA-nın dəstəyi ilə Bakıda keçirilən görüşlərdə iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyə Cumhuriyyəti Samsun Canik Bələdiyə Başqanı Osman Genç və rəhbərliyindəki heyət Gəncliyə Yardım Fondunun qonağı olub.
Fondun kollektivi ilə görüşən qonaqlara, günü gündən inkişaf edən Azərbaycan haqqında geniş məlumat verilib.
Çay süfrəsi ərtafında davam edən görüşdə Fondun həyata keçirdiyi fəaliyyətləri özündə əks etdirən video-rolik nümayiş etdirilib. Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının Sədri Ahmet Tecim qonaqlara Azərbaycanda görülən xeyriyyə işləri, Ramazan ayı ərəfəsində açılan iftar süfrələri və Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətləri haqqında geniş məlumat verib.
Yazan Administrator 02.05.15 15:30
Aprelin 27-də Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı türkiyəli ilahiyyatçı Osman Nuri Toppaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları səmimi salamlayan Dövlət Komitə sədri bildirib ki, Azərbaycanla Türkiyə dost və qardaş ölkədir. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə bir millət iki dövlətdir. Komitə sədri vurğulayıb ki, istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev hər zaman dinə həssas yanaşıb.
30.12.14 11:34 ərzində olan dəyişikliklər Yazan Administrator 30.12.14 11:08
Bütün dünya Azərbaycanlılarını 31 Dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni təqvim ili”-nin başlaması münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizlərə uzun ömür, möhkəm can sağlığı, müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisi naminə apardığınız işlərdə yeni-yeni uğurlar arzulayırıq.
Səhifə 3 > 7-dəan