28.05.18 10:50 ərzində olan dəyişikliklər Yazan Administrator 28.05.18 10:44
100 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.
20.04.18 08:47 ərzində olan dəyişikliklər Yazan Administrator 19.04.18 11:04
18.04.2018-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin gənclər və idman nazirlərinin 4-cü konfransı münasibəti ilə Bakıda rəsmi səfərdə olan Türkiyə prezidenti Recep Tayyip Erdoğanın oğlu, İş adamı Bilal Erdoğan və Türkiyənin Gənclər və İdman Naziri Osman Aşkın Bak Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaqlarla birlikdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və Əziz Mahmut Hüdayi Vəqfi İdarə Heyətinin üzvü Abdurrahman Topbaş da olub. Gəncliyə Yardım Fonunun prezidenti Ahmet Tecim fond haqqında qonaqlara ətraflı məlumat verib.
31.03.18 14:22 ərzində olan dəyişikliklər Yazan Administrator 31.03.18 14:16
XX əsr Azərbaycan tarixində 1918-ci il bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələr baxımından yəqin ki, ən əhəmiyyətli zaman kəsiyidir.
15.02.18 09:00 ərzində olan dəyişikliklər Yazan Administrator 14.02.18 09:37
13 fevral 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı ildönümü ilə əlaqədar tədbir həyata keçirilib. Bu münasibətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
15.02.18 16:44 ərzində olan dəyişikliklər Yazan Administrator 09.02.18 10:40
08.02.2018-ci il tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Bakı Dövlət Universitetinin Tədris-teleradio studiyası əməkdaşı Ramin Rzayev və Müasir İnkişaf İctimai Birliyinin idarə heyətinin sədri Mübariz Göyüşlü, Gəncliyə Yardım Fondunun qonağı olub. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonaqlara fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqında ətraflı məlumat verib.
19.01.18 15:55 ərzində olan dəyişikliklər Yazan Administrator 19.01.18 00:00
Gəncliyə Yardım Fondunun kollektivi Şəhidlər Xiyabanını ziyarət edib.
Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Prezidenti cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər.
Səhifə 4 > 11-dəan