|
21.11.18 13:43 ərzində olan dəyişikliklər Yazan Administrator 20.11.18 16:33
Noyabrın 19-da Bakıda BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının 53-cü sessiyası başlayıb.
Tədbiri BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi birgə təşkil edib.
Yazan Administrator 07.11.18 14:42
Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim Cümhuriyyət tarixinin tədqiqatçısı Nəsiman Yaqublunun “Qafqaz İslam Ordusunun Azərbaycandakı izləri” kitabının təqdimat mərasimində iştirak edib.
Türkiyənin Bakıdakı səfirliyində təşkil olunan mərasimdə qardaş ölkənin səfiri Erkan Özoral, sözügedən kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
01.11.18 16:29 ərzində olan dəyişikliklər Yazan Administrator 01.11.18 16:17
“Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyi “Dilimiz mənəvi dəyərimizdir – dini mətn və moizələrin hazırlanmasında Azərbaycan dilinin düzgün istifadəsinə dəstək” adlı treninq-seminar keçirib
Oktyabrın 31-də Gəncliyə Yardım Fondunda “Dəyər”Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilati dəstəyi ilə “Dilimiz mənəvi dəyərimizdir – dini mətn və moizələrin hazırlanmasında Azərbaycan dilinin düzgün istifadəsinə dəstək ” adlı treninq-seminar keçirib.
29.10.18 17:09 ərzində olan dəyişikliklər Yazan Administrator 29.10.18 14:52
Oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində “Müstəqilliyin varisləri – Azərbaycanın gələcəyi” mövzusunda Bakı şəhər zona toplantısı keçirilib.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
19.10.18 18:08 ərzində olan dəyişikliklər Yazan Administrator 19.10.18 18:01
“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzi öz portalının (www.virtualkarabakh.az) yeni versiyasını təqdim edib. Portalın təqdimat mərasimi “Holiday Inn Baku Hotel”də baş tutub. Təqdimat mərasimində dövlət rəsmiləri, millət vəkilləri və mətbuat nümayəndələri, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev və fondun mətbuat şöbəsinin müdiri Eldar Kərimov da iştirak edib.
Yazan Administrator 19.10.18 10:38
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarında 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqillik gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Zamin Əhmədov, Gəncliyə Yardım Fondunun vitse-prezitendi Salman Əliyev, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunların zabit və əsgər heyəti, sənət adamları və mətbuat nümayəndələri iştirak edib.
Səhifə 6 > 15-dəan