22.02.20 16:00 ərzində olan dəyişikliklər Yazan Administrator 22.02.20 15:55
Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun "Bakı İstedadlı Gənclər Akademiyası" (BİGA) layihəsi çərçivəsində Böyük Britaniyanın Aberdeen Universitetində Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan Yusif Nəbiyev gənclərlə görüşüb. Tədbirdə Gəncliyə Yardım Fondu təhsil şöbəsinin əməkdaşları və Bakı İstedadlı Gənclər Akademiyasının tələbələri iştirak edib.
22.02.20 15:25 ərzində olan dəyişikliklər Yazan Administrator 22.02.20 14:06
Bu gün Gəncliyə Yardım Fondunda “Gənclik və Dünyada Könüllülük Fəaliyyəti” ilə bağlı beynəlxalq tədbir keçirilib. Müxtəlif dövlətlərin könüllülk fəaliyyətində yaxından iştirak edən gənclər öz təcrübələrini bölüşüblər.
22.02.20 13:57 ərzində olan dəyişikliklər Yazan Administrator 22.02.20 10:39
Fevralın 20-də Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi – (TİKA) və Türkiyə Radio və Televiziya Qurumunun (TRT) əməkdaşlığı ilə Bakıda təşkil olunan "Yeni Media Jurnalistikası" təlimini həyata keçirmək üçün Bakıya gələn TRT-nin sosial media mütəxəssisi Ömər Darbaz Gəncliyə Yardım Fondunda gənclərlə görüşüb və onlara sosial medianın istifadə formaları və yeni medianın özünə xas xüsusiyyətlərindən danışıb.
Yazan Administrator 17.01.20 11:32
Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
07.01.20 10:39 ərzində olan dəyişikliklər Yazan Administrator 18.12.19 00:00
14 dekabr tarixində Gəncliyə Yardım Fondunda, BİGA-da qonağımız keçmiş GYF məzunu, Portuqaliyada təhsil almış, İqtisad Universitetinin müəllimi Anar İbrahimov oldu. "Məcburi köçkün düşərgəsindən dünyaya" başlığı ilə çıxış edən qonağımız keçdiyi ağır günlərdən sonrakı uğur yolundakı təcrübələrini tələbələrimizlə bölüşdü. Eyni zamanda gənclərə xaricdə təhsil mövzusunda və bizneslə bağlı öz tövsiyələrini verdi.
Yazan Administrator 07.12.19 00:00
Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində Azərbaycanın əməkdar artisti, aktyor Tahir İmanovun gənclərlə səmimi görüşü baş tutub. Tədbirdə Gəncliyə Yardım Fondunun əmkdaşları və Bakı Gənclik Akademiyasının tələbələri iştirak edib.
Səhifə 1 > 16-dəan