|
25.04.18 17:14 ərzində olan dəyişikliklər Yazan Administrator 25.04.18 16:57
24.04.2018-ci il tarixində “Kitab tutan balaca əllər” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan bir qrup Türkiyəli yazar Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaqlar Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdən olan bir qrup tələbə ilə görüş keçirib. Dr.Veysəl Akkaya, Dr.Hayati Bice və Yrd.Doç.Dr.Mustafa Tatcının iştiraki ilə baş tutan tədribdə iştirakçılara, Anadoluda türkcə şeirin banilərindən biri olan İslam filosofu, təsəvvüf və xalq şairi, Türk-İslam mütəfəkkiri Yunus Əmrə və Orta Asiya Türkləri arasında İslamı yayan, Anadolunun türkləşməsində və müsəlmanlaşmasında böyük rolu olan Xoca Əhməd Yəsəvi haqqında iştirakçılar məlumatlandırılıb.
14.04.18 17:01 ərzində olan dəyişikliklər Yazan Administrator 14.04.18 16:52
Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakültəsinin dekanı Fərrux Tuzcuoğlu Gəncliyə Yardım Fondunda Bakı İstedadlı Gənclər Akademiyasının tələbələri ilə görüşüb. Görüş GYF-nin H.Z Tağıyev adına konferans salonunda baş tutub.
09.04.18 10:51 ərzində olan dəyişikliklər Yazan Administrator 07.04.18 14:02
Bu gün Bakı Gənclik Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında tarixçi, Azərbaycan Milli Araşdırmalar Assosasiyasının tarix araşdırmaları qrupunun rəhbəri Əkbər N.Nəcəfin müxtəlif universitetlərdə oxuyan gənclərlə görüşü keçirilib. Görüşdə Türk İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu, Gəncliyə Yardım Fondunun Bakı Təhsil koordinatoru Rüfət Şirinov və Bakı Gənclik Akademiyasının koordinatoru Şükür Əndəlifov da iştirak edib.
02.04.18 09:47 ərzində olan dəyişikliklər Yazan Administrator 31.03.18 14:06
Bu gün 31 mart Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında tədbir keçirilib. Tədbirdə məruzəçi qismində ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi, dissertant Taleh Cəfərov çıxış edib. Tədbirdə “Qardaşlığımız Əbədidir” təşkilat komitəsinin nümayəndələri, və müxtəlif universitetlərin tələbələri iştirak edib.
Yazan Administrator 10.03.18 15:33
10.03.2018-ci il tarixində Türkiyəli Millət Vəkili Saadettin Aydın Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdən olan tələbələrlə görüşüb. Görüş zamanı tələbələrə maraqlı məlumatlar verən natiq, əsasən mütaliə mədəniyyəti, kitabla rəftar qaydaları və əsas oxumaq formaları haqqında söz açıb.
06.03.18 15:38 ərzində olan dəyişikliklər Yazan Administrator 03.03.18 13:09
Bu gün GYF Bakı Gənclik Akademiyasının təşkilatçılığı ilə Azərbaycanlı yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Elxan Elatlı (Elxan Əbdürrəhman oğlu Osmanov) Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdə oxuyan gənclərlə görüş keçirib.
Görüşdə Bakı Gənclik Akademiyasının koordinatoru Şükür Əndəlifov, Gəncliyə Yardım Fondunun Mətbuat Şöbəsinin müdiri Eldar Kərimov, Mühasibatlıq şöbəsinin əməkdaşı Həsən Rəşidov, gənc yazarlar və fəal gənclər iştirak edib.
Səhifə 8 > 16-dəan