Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Həmrəylik Günü ilə Əlaqədar Şəhid Ailələri və Uşaq Evləri Ziyarət Edildi

Gəncliyə Yardım Fondu 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəlik Günü münsaibəti ilə  II Qarabağ müharibəsində şəhid və qazi olan qəhrəman övladlarımızn ailələrini ziyarət edib. Gəncliyə Yardım Fondunun təşəbbüsü ilə Türkiyə Cümhuriyyətinin…
Davamını oxu...

GYF Şəhid Övladının Ehtiyacını Qarşıladı

Gəncliyə Yardım Fondunun nümayəndələri Vətən Müharibəsində xüsusi şücaətlə döyüşərək şəhid olan Məmmədov İbrahim Nadir oğlunun ailəsini ziyarət edib. Hal-hazırda Goranboy rayonu Rəhimli kəndində yaşayan ailənin övladı Məmmədzadə Əli İbrahim serebral…
Davamını oxu...

Vətən Müharibəsi Qazisi Evində Ziyarət Edildi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti II Qarabağ müharibəsi qazisi Ələkbərli Qurban Nərman oğlunu hazırda yaşadığı ünvanda ziyarət edib.‎ Qeyd edək ki, Qurban Ələkbərli Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək qəlpə…
Davamını oxu...

Göyçayda Şəhid Ailələri Ziyarət Edilib

Gəncliyə Yardım Fondunun nümyəndələri Göyçaydan olan şəhidlərimizin ailələrini ziyarət edib. Şəhid yaxınları ilə görüşən Fond nümayəndələri vətənimizin azdalığı uğrunda canlarından keçən vətən övladlarına hər birimizin borclu olduğunu qeyd ediblər. Qürur…
Davamını oxu...

Təhsil Fəaliyyətləri

“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir.

08.05.15 16:29 ərzində olan dəyişikliklər Yazan Administrator 08.05.15 15:47

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə  Gəncliyə Yardım Fondunda Ümummilli Lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş konfrans və Bakı şəhər orta məktəblərinin şagirdləri arasında  “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir

Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Prezident Administrasiyasının məsul işçisi Səbuhi Rzayev, Gəncliyə Yardım Fondunun vitse –  prezidenti Salman Əliyev, Təxris olunmuş hərbçilərin marifləndirmə İctimai birliyinin sədri Emin Həsənli və tanınmış vətənpərvər şair Vaqif  Nəcəfzadə və başqaları iştirak etmişlər.

Davamını oxu...

 

“İstedadlı Gənclərimiz” Gürcüstanda oldu

Yazan Administrator 04.04.15 10:32

Azərbaycan Respublikası Gəncliyə Yardım fondunun dəstəyi ilə bir qrup istedadlı gənc Gürcüstanda oldu. Bayram tətilinə təsadüf edən gəzinti zamanı Tiflis, Rustavi, Qardabani və Marneuli şəhərlərinə baş çəkildi.

 Tələbələr Gürcüstanın tarixi, mədəni və iqtisadi mərkəzi olan Tiflisin rəmzi sayılan Kür çayının sahillərini, 150 illik tarixi olan Tiflis cümə məscidini və ona yaxın yerləşən ümummilli lider Heydər Əliyevin adına olan parkı,  tarixi “Narın” qalanı, Gürcüstanın ən böyük parkı olan “Vaqe”-ni, gözəl mənzərəsi olan “Tısbağa” gölünü, məşhur Tiflis hamamlarının yerləşdiyi tarixi ərazini və s. yerlərlə gəzib tanış oldular və bol-bol şəkil çəkdirdilər.

Davamını oxu...

 
 

“Müharibə uşaqların gözü ilə”

26.02.15 10:25 ərzində olan dəyişikliklər Yazan Administrator 24.02.15 14:12

Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 23-ci ildönümünə həsr edilmiş “Müharibə uşaqların gözü ilə” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün elektron aksiya keçirilib...

Davamını oxu...

 
 

“Mənim bayrağım” müsabiqəsinin qalibləri mükafatlandırıldı Tədbir

06.11.14 15:50 ərzində olan dəyişikliklər Yazan Administrator 06.11.14 15:40

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondu tərəfindən “9 noyabr – Dövlət Bayrağı günü” münasibətilə konfrans və Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Mənim bayrağım” mövzusunda keçirilən inşa-yazı və şeir müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Gəncliyə Yardım Fondu fondununu Hacı Zeynalabidin Tağıyev adına konfrans zalında təşkil olunan tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmed Tecim, Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Səbuhi Rzayev, millət vəkili Kamilə Əliyeva, bəstəkar Sevinc Tofiqqızı, şair Vaqif Nəcəfzadə, şagirdlər və valideyinlər iştirak etmişdirlər.

Davamını oxu...

 
 

Dil Kurslarımızı Müvəffəqiyyətlə Bitirənlərə Sertifikatlar Verildi

02.07.14 12:18 ərzində olan dəyişikliklər Yazan Administrator 14.06.14 12:38

Bu gün Gəncliyə Yardım Fondunun konfrans zalında fondun nəzdində təşkil olunmuş növbəti kompyuter, ingilis dili, rus dili və ebru kurslarını müvəffəqiyyətlə bitirmiş müdavimlərə sertifikatların təqdim olunması mərasimi keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edildi.

Davamını oxu...

 
 

“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

13.06.14 00:59 ərzində olan dəyişikliklər Yazan Administrator 07.05.14 15:37

altBakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı.

Bakı şəhər orta ümumtəhsil məktəbləri arasında keçirilən müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-cı ildönümünə həsr olunub.

Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilb və Ümummilli Lider Heydər Əliyevin uğurlu həyat yolunu özündə əks etdirən video-rolik nümayiş etdirilib.

Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov  Heydər Əliyev irsinin gənc nəsilə çatdırılmasının vacibliyindən danışdı.

Davamını oxu...

 
 

Səhifə 12 > 16-dəan