Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Cocuq Mərcanlıda İftar Süfrəsi Açılıb

04.06.2018-ci il tarixində Gəncliyə Yardım Fondu erməni işğalından azad olunmuş Cəbrayıl rayon Cocuq Mərcanlı kəndində iftar süfrəsi təşkil edib. İftar süfrəsində Cocuq Mərcanlı sakinləri və əsgərlər iştirak edib.
Davamını oxu...

QHT nümayəndələri İftar süfrəsində bir araya gəldi...‎

30.05.2018-ci il tarixində Gəncliyə Yardım Fondunda QHT-sədr və nümayəndələri üçün iftar süfrəsi açılıb. Tədbirdə 140-dan artıq QHT nümayəndəsi iştirak edib. Tədbir müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun…
Davamını oxu...

‎ Azərbaycan Xalq Cümhuriyyətinin 100 İlliyi münasibəti ilə Təbrik Edirik!‎

‎100 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.‎ ‎ ‎Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis ‎şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri ‎olduğu Azərbaycan Milli…
Davamını oxu...

Gəncliyə Yardım Fondunda Şəhid Ailələri Üçün İftar Süfrəsi Açıldı

22.05.2018 tarixində Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavirliyi tərəfindən Gəncliyə Yardım Fondunun konfrans zalında şəhid və qazi ailələrinə iftar süfrəsi açılıb. İftar programında  şəhid ailələri ilə birlikdə tələbələr və imkansız ailələr…
Davamını oxu...

Gənclər Günündə Gənclər Kitab Oxudu

2 fevral “Gənclər Günü” münasibəti ilə Gəncliyə Yardım Fondu və Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti tələbələr arasında üç günlük kitab oxuma düşərgəsi həyata keçirib. Burada tələbələr əvvəlcədən özləri tərəfindən təyin olunmuş kitabları oxumaqla bərabər, sosial fəaliyyətlərdə və seminarlarda iştirak ediblər. Kitab oxuma düşərgəsində təxminən 70-ə yaxın Azərbaycanın müxtəlif universitetlərinin tələbələri iştirak edib. Proqramın yekun mərhələsi isə Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında baş tutub. Tələbələr burada oxuduqları kitabları müzakirə edib və qazandıqları bilgiləri bir-birləri ilə paylaşıblar.

03.02.18 16:46 ərzində olan dəyişikliklər | Yazan Administrator 03.02.18 14:03

Davamını oxu...


 

Azərbaycanda Gənclər Günü Qeyd Edilir

2 fevral “Gənclər Günü” münasibətlə Gənclər və İdman Nazirliyinin kollektivi və gənclər təşkilatlarının nümayəndələri Fəxri xiyabanı ziyarət edərək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə güllər və əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

03.02.18 10:37 ərzində olan dəyişikliklər | Yazan Administrator 02.02.18 17:11

Davamını oxu...

   

GYF Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

Gəncliyə Yardım Fondunun kollektivi Şəhidlər Xiyabanını ziyarət edib.

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Prezidenti cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər.

19.01.18 15:55 ərzində olan dəyişikliklər | Yazan Administrator 19.01.18 00:00

Davamını oxu...

   

GYF-də 20 Yanvar Şəhid Ailələri İlə Görüş Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında 20 yanvar şəhid ailələri ilə görüş  keçirilib. Tədbirdə iştirak edən rəsmilər əvvəlcə 20 Yanvar hadisələrinə işıq tutan rəsm sərgisi ilə tanış olublar. Tədbir vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin ruhunu  bir dəqiqəlik sükutla yad edilərək və iki qardaş dövlətin himn və istiqlal marşlarının səsləndirilməsi ilə açıq elan edilib.

18.01.18 18:31 ərzində olan dəyişikliklər | Yazan Administrator 18.01.18 18:20

Davamını oxu...

   

Onun Həyatında Yeni Səhifə Açıldı

17.01.2018-ci il tarixində Kəlbəcər rayonundan olan məcburi köçkün İbrahimov Elşad Ələsdan oğluna əlil arabası təqdim olunub. Əlil arabası Gəncliyə Yardım Fondunun əməkdaşları tərəfindən İbrahimov Elşada hal-hazırda müalicə aldığı xəstəxanada təqdim olunub. Ehtiyyac sahibinin anası Amilə İbrahimova Gəncliyə Yardım Fondunun gördüyü xeyriyyə işləri ilə tanış olduğunu qeyd edərək, fond rəhbərliyinə dərin minnətdarlığını bildirib.

18.01.18 11:31 ərzində olan dəyişikliklər | Yazan Administrator 18.01.18 09:46

Davamını oxu...

   

‎“20 Yanvar Faciəsi Xalqımızın Qəhrəmanlıq Salnaməsidir”‎

Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

17.01.18 17:56 ərzində olan dəyişikliklər | Yazan Administrator 17.01.18 15:01

Davamını oxu...

   

TİKA Bakı Koordinatoru GYF-nin Qonağı Olub

13.01.2018-ci il tarixində T.C. Başbakanlık Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı Bakü Program Koordinasyonun idarə heyəti Gəncliyə Yardım Fondunun qonağı olub. Gəncliyə Yardım Fondunun prezidenti və idarə heyəti ilə görüşən qonaqlar səmimi çay süfrəsi arxasında söhbət edib. TİKA Bakı Koordinatoru Adəm Urfa yüksək qonaqpərvərliyə və dəvətə görə Fondun prezidenti Cənab Ahmet Tecimə dərin minnətdarlığını bildirib. Gəncliyə Yardım Fondunun fəaliyyətlərini yaxından izlədiyini, yüksək qiymətləndirdiyini bildirən Adəm Urfa gələcək fəaliyyətlərində fonda və onun idarə heyətinə uğurlar arzulayıb.

15.01.18 11:58 ərzində olan dəyişikliklər | Yazan Administrator 15.01.18 11:52

Davamını oxu...

   

Səhifə 6 > 54-dəan

Qarabağ Kİtabı - pdf

Qardaş Köməyİ - pdf

KİTABXANA

Sosİal Fəalİyyətlər

İNSANİ YARDIM

TƏHSİL FƏALİYYƏTLƏRİ

MƏTBUATDA