Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Nümayəndələri Virtual Qarabağ Portalının Təqdimat Mərasimində İştirak Edib

“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzi öz portalının (www.virtualkarabakh.az) yeni versiyasını təqdim edib. Portalın təqdimat mərasimi “Holiday Inn Baku Hotel”də baş tutub. Təqdimat mərasimində dövlət rəsmiləri, millət vəkilləri…
Davamını oxu...

Gəncliyə Yardım Fonduna Fəxri Fərman Təqdim Edildi

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarında 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqillik gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bakı Şəhər Gənclər və İdman…
Davamını oxu...

Türk Tələbələr GYF-də Bir Araya Gəldi

Bu gün Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin təhsil müşaviri Mahmut Ağırmanın dəvəti ilə Azərbaycanda fərqli universitetlərdə  təhsil alan və sosial fəaliyyətlərdə aktiv olan türk tələbələr Gəncliyə Yardım Fondunda bir araya gəlib.…
Davamını oxu...

Rizənin Ardeşen Bələdiyyəsinin Nümayəndə Heyəti GYF-nin qonağı olub

Bu gün Azərbaycanda səfərdə olan Türkiyə Cümhuriyyətindən gəlmiş Rize/Ardeşen Bələdiyyəsinin sədri Hakan Gültekinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və…
Davamını oxu...

GYF-nin nümayəndələri “Xocalını Unutma” devizi altında Türkiyədə silsilə tədbirlər keçirib.

      26 fevral 14:00-da  Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar Taksim meydanında təşkil ediləcək yürüşdə iştirak etmək və insanlara Azərbaycan həqiqətlərini çatdırmaq üçün Gəncliyə Yardım Fondunun nümayəndələri “Xocalını Unutma” devizi altında Türkiyədə silsilə tədbirlər keçirib.

      Tədbirdə bir çox hökumət və qeyri hökumət təşkilatlarının nümayəndələri, nüfuzlu elm adamları və müxtəlif universitetlərin tələbələri iştirak edib.

26.02.12 19:03 ərzində olan dəyişikliklər | Yazan Administrator 26.02.12 15:10

Davamını oxu...


 

“Müharibə uşaqların gözü ilə”

    Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə  Xocalı Soyqrırımının XX ildönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir.

   Tədbirdə Xocalı faciəsini əks etdirən foto sərgi təşkil edilmiş, Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün beynəlxalq təşkilatların e-mail ünvanlarına Xocalı faciəsini əks etdirən tam məlumatlar göndərilmişdir.

24.02.12 15:58 ərzində olan dəyişikliklər | Yazan Administrator 24.02.12 15:24

Davamını oxu...

   

Xocalını Unutma!

images/stories/img_5944.jpg     21 Fevral 2012-ci il tarixində Gəncliyə Yardım Fondunda “Xocalını unutma!” devizi altında möhtəşəm tədbir keçirilmişdir.

   Hər birimizə məlum olduğu kimi1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır.

28.02.12 17:52 ərzində olan dəyişikliklər | Yazan Administrator 21.02.12 14:35

Davamını oxu...

   

İnşa Müsabiqəsi

images/stories/img_5361.jpg

“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı

18.01.2012-il tarixində Gəncliyə Yardım Fondunda Bakı şəhərindəki orta məktəb şagirdləri arasında 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

21.02.12 15:11 ərzində olan dəyişikliklər | Yazan Administrator 04.02.12 12:40

Davamını oxu...

   

Əlil Arabalari Verildi

   Gədəbəyin Ucqar Kəndlərində Əlillərə Əlil Arabalari Verildi

  03.12.2011-ci il tarixində Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev və Deputat Sevinc Hüseynova Gədəbəydə əllillərlə görüş keçirib.

   İlk olaraq Yeni Azərbaycan Partiyasının Gədəbəy təşkilatının dekabrın 3-də keçirilən VII konfransında millət vəkili Sevinc Hüseynova da iştirak edib.

10.02.12 00:12 ərzində olan dəyişikliklər | Yazan Administrator 02.02.12 14:38

Davamını oxu...

   

20 Yanvar şəhid ailələri ilə görüş keçirildi

   Gəncliyə Yardım Fondunda 20 Yanvar şəhid ailələri ilə görüş keçirildi.

   18.01.2012-ci il tarixində Gəncliyə Yardım Fondunda (GYF) 20 Yanvar - Ümumxalq Hüzn Günü ərəfəsində 20 Yanvar şəhidlərinin və əlillərinin ailələri ilə görüş keçirilmişdir.

   Tədbirin təşkilatçıları Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Türkiyənin “İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyi”nin Azərbaycan nümayəndəliyi, 20 Yanvar Fondu və GYF-dir.

09.03.12 11:52 ərzində olan dəyişikliklər | Yazan Administrator 04.02.12 12:12

Davamını oxu...

   

Şəhidlər Xiyabanını ziyarət edildi

         Gəncliyə Yardım Fondunun kollektivi Şəhidlər Xiyabanını ziyarət ediblər.

      Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər.

21.02.12 15:14 ərzində olan dəyişikliklər | Yazan Administrator 02.02.12 10:55

Davamını oxu...

   

Səhifə 57 > 57-dəan

Qarabağ Kİtabı - pdf

Qardaş Köməyİ - pdf

KİTABXANA

Sosİal Fəalİyyətlər

İNSANİ YARDIM

TƏHSİL FƏALİYYƏTLƏRİ

MƏTBUATDA