Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-də Ehtiyac Sahibi Ailələrə Qurban Əti Paylandı

Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə…
Davamını oxu...

Türkiyə Dəyanət Vəqfinin Nümayəndələri GYF-ni Ziyarət Edib

Bu gün müqəddəs Qurban bayramı münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Dəyanət Vəqfinin  nümayəndəsi, sabiq Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din İşləri Müşaviri Dr. Sadık Eraslan, TDV icraçı direktorunun köməkçisi Sait…
Davamını oxu...

GYF nin fəaliyyətləri yüksək qiymətləndirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsində 26 iyul - Gənclər və İdman Nazirliyinin  yaranması gününə həsr olunmuş tədbir keçirilib. Mərasimdə idarə rəisi Raqif Abbasov əlamətdar günün tarixindən, gənclər və…
Davamını oxu...

GYF Uşaqları Yenə Sevindirdi

Bu gün Gəncliyə Yardım Fondunda uşaq ədəbiyyatı yazarı Əziz Sultanovun uşaqlarla görüşü keçirilib. Yay düşərgəsində iştirak edən uşaqlarla görüşən yazıçı onlara maraqlı məlumatlar verib. Daha sonra uşaqlara “Hekayələrlə Hikmətlər” kitabı…
Davamını oxu...

GYF-nin prezidenti Ahmet Tecim xüsusi mükafata layiq görüldü

     04.06.2012-ci il tarixində “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Göyüşlü, İdarə Heyətinin üzvləri Fərman Salmanlı və Nicat Sadıqlı Gəncliyə Yardım Fondunda (GYF) olublar. Birliyin təmsilçiləri GYF-nin prezidenti Əhməd Tecimlə görüşüblər. 
     Görüşün məqsədini açıqlayan Mübariz Göyüşlü təmsil etdiyi təşkilatın iyun ayının 5-də yeddi yaşının tamam olduğunu söyləyərək bu müddət ərzində gördükləri işləri özündə əks etdirən Hesabatın artıq uluturk.info saytına yerləşdirildiyini bildirib.

05.06.12 15:27 ərzində olan dəyişikliklər | Yazan Administrator 05.06.12 15:16

Davamını oxu...


 

Gəncliyə Yardım Fondu bir əlilə bir dünya bəxş etdi...

     Bir insanı sevindirməyin nə qədər dəyərli bir əməl olduğunu hər birimiz çox yaxşı bilirik. Hələ sevindirdiyimiz insanın fiziki qüsurlu olması, özünü kifayət qədər istədiyi kimi idarə edə bilməməsi və onun digər insanlardan daha çox qayğıya ehtiyacı olması işin əhəmiyyətinin daha da böyüklüyündən xəbər verir. 

09.08.12 11:23 ərzində olan dəyişikliklər | Yazan Administrator 29.05.12 12:04

Davamını oxu...

   

Gənclər insan alverinə “yox” dedi

    Bu gün Gəncliyə Yardım Fondunun akt zalında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və “World Vision” beynəlxalq təşkilatının Azərbaycandakı ofisi ilə birgə “İnsan Alverinə Qarşı Gənclər Kampaniyası” adlı tədbir həyata keçirib. 

    Tədbirdə 50 gənc iştirak edib.

05.06.12 15:28 ərzində olan dəyişikliklər | Yazan Administrator 21.05.12 12:28

Davamını oxu...

   

Türkiyədə Təhsil Almaq İstəyən Abuturyentlərin Nəzərinə!

     Türkdilli ölkələrin Bakalavr təqaüdü ilə əlaqəli Ümumi məlumatlar.

     Türkiyə təqaüdləri Türkdilli ölkələrin Bakalavr Təqaüd proqramı, Türkiyədə bakalavr səviyyəsind\ təhsil almaq istəyən bacarıqlı və idealist tələbələrin dəstəklənməsi məqsədi ilə təşkil edilmişdir.

     Proqram sadəcə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan vətəndaşları üçün nəzərdə tutulmuşdur.

04.06.12 13:55 ərzində olan dəyişikliklər | Yazan Administrator 18.05.12 11:02

Davamını oxu...

   

Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət edildi

    10.05.2012-ci il tarixində Ulu Öndər Heydər Əliyevin vəfatının 89-cu ildönümü ilə əlaqədar olaraq Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Fəxri Xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

13.12.14 10:53 ərzində olan dəyişikliklər | Yazan Administrator 14.05.12 10:06

Davamını oxu...

   

“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

   Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı.

    Bakı şəhər orta ümumtəhsil məktəbləri arasında keçirilən müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunub.

   Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyevbildirib ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən müsabiqələr gənclərin intellektual səviyyələrinin artırılmasına xidmət edir.

04.06.12 13:50 ərzində olan dəyişikliklər | Yazan Administrator 08.05.12 12:59

Davamını oxu...

   

Türkiyəli professor Nurullah Gənc “Gəncliyə Yardım Fondun” da olub

    “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (İB) dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış ədəbiyyat və elm xadimi, professor Nurullah Gənc bu gün səhər Gəncliyə Yardım Fondunun İdarə Heyətinin üzvləri və tələbələrlə görüşüb.

   Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti, Ahmet Tecim qardaş ölkədən gəlmiş dəyərli elm və sənət xadimini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib. O, bu səfərin iki qardaş ölkə arasında mədəni əməkdaşlığın gözəl örnəyi olacağına inandığını qeyd edib.

05.05.12 11:22 ərzində olan dəyişikliklər | Yazan Administrator 05.05.12 11:15

Davamını oxu...

   

Səhifə 69 > 73-dəan

Qarabağ Kİtabı - pdf

Qardaş Köməyİ - pdf

KİTABXANA

Sosİal Fəalİyyətlər

İNSANİ YARDIM

TƏHSİL FƏALİYYƏTLƏRİ

MƏTBUATDA