Bu gün Azərbaycanda səfərdə olan Türkiyə Cümhuriyyətindən gəlmiş Rize/Ardeşen Bələdiyyəsinin sədri Hakan Gültekinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyəti ilə görüşüblər. Səmimi çay süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri haqqında geniş məlumat verib.
Yazan Administrator 06.10.18 16:11
Qardaşlıq Dastanı və Nuru Paşa Kitabı Şagirdlərə Təqdim Edildi.
Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə həyata keçirilən, “100 İllik Əmanət” layihəsi çərçivəsində Bakıda yerləşən orta məktəblərdə Qafqaz İslam Ordusunun 100 illiyinə həsr olunmuş maarifləndirci tədbirlərə start verilib. İlk tədbir 149 saylı Ağdam köçkün tam orta məktəbində baş tutub. Təşkil edilən tədbirdə orta məktəbin müəllimləri və şagirdləri iştirak edib.
04.10.18 17:32 ərzində olan dəyişikliklər | Yazan Administrator 04.10.18 17:18
04.10.2018-ci il tarixində Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Bakının Nəsimi rayonunda əlilliyi olan Məmmədov Samir Zaur oğlunu ziyarət edib.
04.10.18 16:56 ərzində olan dəyişikliklər | Yazan Administrator 04.10.18 16:51
Rəşid Behbudov adına Mahnı TeatrındaTürk Dövlətlərinin Birliyi Günü - Dünya Türklərinin Həmrəylik Günü münasibəti ilə tədbir keçirilib. Rəsmi və bədii hissədən ibarət olan tədbirdə millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, Gəncliyə Yardım Fondunun İctimai Əlaqələr şöbəsinin müdiri Eldar Kərimov və gənclər iştirak ediblər.
04.10.18 16:38 ərzində olan dəyişikliklər | Yazan Administrator 04.10.18 10:05
Bu gün Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganer Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında qonaq, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və icraçı katib Sedat Dəmir ilə görüşüb. Səmimi çay süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonağa Fondun xeyriyyə fəaliyyətləri haqqında geniş məlumat verib.
03.10.18 12:25 ərzində olan dəyişikliklər | Yazan Administrator 03.10.18 12:19
Bakı Yunus Əmrə İnstitutu, Bakı TİKA Koordinatorluğu və ADA Universitetinin birgə təşəbbüsü ilə "Mədəni Diplomatiya Anlayışı və Türkiyənin Mədəni Diplomatiyasında TİKA ve Yunus Əmrə İnstutunun Rolları" adlı konferans keçirilib.
Yazan Administrator 03.10.18 09:52
Sentyabr ayının 24-də Azərbaycanda işgüzar səfərdə olan Araşdırmacı yazar, Altınoluk jurnalının baş redaktoru Ahmet Taşgetiren, Erkam Radiosunun direktoru Murat Karaman və Rejissor İlker Emon Gəncliyə Yardım Fondunu ziyarət edib. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara fondun fəaliyyətləri haqqında məlumat verib. Gəncliyə Yardım Fondunun paytaxt Bakıda və Azərbaycanın digər rayonlarında həyata keçirilmiş fəaliyyətləri və layihələri ilə yaxından tanış olan qonaqlar fondun buradakı fəaliyyətlərini yüksək qiymətləndiriblər.
28.09.18 11:03 ərzində olan dəyişikliklər | Yazan Administrator 27.09.18 16:34
Səhifə 8 > 64-dəan