Bu gün, Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.
01.02.19 16:25 ərzində olan dəyişikliklər | Yazan Administrator 01.02.19 16:16
Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 20 yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
24.01.19 09:18 ərzində olan dəyişikliklər | Yazan Administrator 22.01.19 14:57
Gəncliyə Yardım Fondunun kollektivi Şəhidlər Xiyabanını ziyarət edib.
Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Prezidenti cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər.
18.01.19 17:09 ərzində olan dəyişikliklər | Yazan Administrator 18.01.19 00:00
Bu gün Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında 20 yanvar şəhid ailələri ilə görüş keçirilib. Tədbirdə iştirak edən rəsmilər əvvəlcə 20 Yanvar hadisələrinə işıq tutan rəsm sərgisi ilə tanış olublar. Tədbir vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edilərək və iki qardaş dövlətin himn və istiqlal marşlarının səsləndirilməsi ilə açıq elan edilib.
18.01.19 10:01 ərzində olan dəyişikliklər | Yazan Administrator 17.01.19 13:44
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın da iştirak etdiyi mərasimdə Türkiyə Böyük Millət Məclisinin AK Partiyadan millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrıma «Əbədi lider» Qızıl Döş nişanı təqdim olunub.
04.01.19 17:47 ərzində olan dəyişikliklər | Yazan Administrator 04.01.19 17:34
Bu gün “Canlı Svetafor” Piyadalara Kömək Təşəbbüs Qrupunun üzvləri və könüllüləri Gəncliyə Yardım Fondunun qonağı olub. GYF-nin Ömər Halis Demir adına seminar salonunda keçirilən görüşdə Gəncliyə Yardım Fondunun İctimai Əlaqələr Şöbəsinin müdiri Eldar Kərimov qonaqları salamlayıb və qrup üzvü olan uşaqlara fondun gənclərlə bağlı fəaliyyətləri haqqında məlumat verib. Daha sonra uşaqlar fondun fəaliyyətlərini özündə əks etdirən video roliki izləyiblər.
29.12.18 13:19 ərzində olan dəyişikliklər | Yazan Administrator 29.12.18 13:04
Bütün dünya Azərbaycanlılarını 31 Dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni təqvim ili”-nin başlaması münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizlərə uzun ömür, möhkəm can sağlığı, müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisi naminə apardığınız işlərdə yeni-yeni uğurlar arzulayırıq.
28.12.18 14:56 ərzində olan dəyişikliklər | Yazan Administrator 31.12.17 00:00
Səhifə 2 > 64-dəan