GYF nin fəaliyyətləri yüksək qiymətləndirilib

Çap

25.07.19 17:01 ərzində olan dəyişikliklər Yazan Administrator 25.07.19 12:22

Bakı şəhər Gənclər və İdman Baş İdarəsində 26 iyul - Gənclər və İdman Nazirliyinin  yaranması gününə həsr olunmuş tədbir keçirilib.

Mərasimdə idarə rəisi Raqif Abbasov əlamətdar günün tarixindən, gənclər və idman sahəsində əldə olunmuş nailiyyətlərdən danışıb.

O, tədbirdə iştirak edən idman ictimaiyyəti nümayəndələrini nazir Azad Rəhimov adından təbrik edib, onlara işlərində daha böyük müvəffəqiyyətlər arzulayıb.

Daha sonra müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub.

Gəncliyə Yardım Fondu gənclər sahəsində uğurlu fəaliyyətinə görə 26 iyul Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranması günü münasibəti ilə təltif edilib.

Share