GYF-də Ümumbəşəri Məsuliyyətlərimizə Həsr Olunan Konfrans Keçirilib

Çap

08.11.19 12:22 ərzində olan dəyişikliklər Yazan Redaktor 22.06.19 17:13

altGəncliyə ‎Yardım ‎Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Əziz Mahmud Hüdayi Vəqfinin Təhsil İşləri Üzrə müdiri, İstanbul Sabahattin Zaim Universitetinin müəllimi Dr. Alican Tatlının “İnsanı-Kamil və Ümumbəşəri Məsuliyyətimiz” adlı konfransı baş tutub. ‎Tədbirdə T.C. Bakı Böyük elçiliyinin müşavirləri, TRT Bakı koordinatorluğunun əməkdaşları və müxtəlif universitetlərdə təhsil alan tələbələr iştirak edib.

Gəncliyə Yardım Fondunun Təhsil İşləri Üzrə koordinatoru Rüfət Şirinov tədbirdə iştirak edən qonaqları salamlayaraq baş tutan tədbirin əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edən Dr.Alican Tatlı kamil insanın xüsusiyyətləri və bir insan olaraq ümumbəşəri məsuliyyətlərimiz haqqında qonaqlara məlumat verib. Məruzəçi qeyd edib ki, insana insan olduğu üçün dəyər vermək hər bir fərdin borcudur. İstənilən birinin günahı tənqid edilsə də şəxsiyyəti tənqid edilməməlidir. Başqalarına yardım etmək, ətrafındakı insanlar haqqında pis fikirdə olmamaq, özü üçün istədiyini başqaları üçün istəmək həqiqi mənada kamil insanların xüsusiyyətləri olduğunu qeyd edib.

Sonda bir-birindən dəyərli fikirləri üçün qonağa təşəkkür edən Gəncliyə ‎Yardım ‎Fondunun prezidenti Ahmet Tecim dünyamızın kamil insan modeli olan insanlara daha çox ehtiyacı olduğunu qeyd edib. Bu işdə gənclərin üzərinə daha çox yükün düşdüyünü vurğulayan  natiq gəncləri  vətənə, millətə faydalı övlad olmağa çağırıq. O qeyd edib ki, vətəninə, millətinə, torpağına sahib çıxmaq da kamil insanın xüsusiyyətlərindəndir.  

alt

alt

alt

alt

 

 

Share