İnsani Yardım Gədəbəyin Ucqar Kəndlərində Əlillərə Əlil Arabalari Verildi

Gədəbəyin Ucqar Kəndlərində Əlillərə Əlil Arabalari Verildi

18

03.12.2011-ci il tarixində Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev və Deputat Sevinc Hüseynova Gədəbəydə əllillərlə görüş keçirib.

   İlk olaraq Yeni Azərbaycan Partiyasının Gədəbəy təşkilatının dekabrın 3-də keçirilən VII konfransında millət vəkili Sevinc Hüseynova da iştirak edib.

   Tədbirdə Sevinc Hüseynova çıxış edərək təməli mərhum prezident Heydər Əliyev tərəfindən qoyulan iqtisadi-siyasi strategiyanın indi Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurlu davam etdirildiyini qeyd edib.

   Konfrasndan sonra deputat Beynəlxalq Əlillər günü ilə bağlı Gədəbəy rayonun Qoşabulaq, Moruxlu, Gərgər və Kiçik Qaramurad kəndlərində əllillərlə görüş keçirib.

   Millət vəkili Sevinc Hüseynovanın təşəbbüsü ilə Gəncliyə Yardım Fondu tərəfindən beş nəfər əlilə əlil arabası verilib. Əlil arabaları fondun vitse-prezidenti Salman Əliyevin iştirakı ilə əlillərə təqdim edilib.

   Əlillər isə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.