Təhsil Fəaliyyətləri Müharibə uşaqların gözü ilə

Müharibə uşaqların gözü ilə

2

Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə  Xocalı Soyqrırımının XX ildönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir.

   Tədbirdə Xocalı faciəsini əks etdirən foto sərgi təşkil edilmiş, Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün beynəlxalq təşkilatların e-mail ünvanlarına Xocalı faciəsini əks etdirən tam məlumatlar göndərilmişdir.

   Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Xocalı faciəsini əks etdirən vidio rolik təqdim edilmişdir., “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmış, dövlət və qeyri hökumət təşkilatlarının nümayəndələri çıxış etmişdir.

    Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun icarçı katibi Nəcməddin Akbulut belə tədbirlərin keçirilməsinin tarixi həqiqətlərin öyrənilməsi baxımından zəruri olduğunu bildirdi. Şəhidlərin ölməzliyindən danışan natiq gəncliyimizin şəhidlər qarşısındakı borclarının Xocalının düşmən əsarətindən azad etmələri olduğunu vurğuladı.  

    Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov milli vətənpərvərlik ruhda yetişən Azərbaycan gəncliyinin öz haqq səslərinin dünya ictimaiyyətinə çatdırmağın zəruriliyindən danışdı. Eyni zamanda tədbirdə Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil müşaviri Halis Koyuncuoğlu çıxış edərək gənc nəsilə öz tövsiyələrini verdilər.

    Tədbirin məqsədi Azərbaycan xalqının tarixi boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalması, öz tarixi topraqlarından qovulmasından, qaçqına və məcburi köçkünə çevrilməsini və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasını, tariximizin soyqırım səhifəsi olan Xocalı faciəsinin bütün həqiqətlərini olduğu kimi gənc nəsillərə çatdırmaq,  ərazi iddialarını əsaslandırmaq üçün davamlı olaraq yeni-yeni əsassız tezislər uyduran erməni millətçilərinin anti-Azərbaycan təbliğatına, məkrli siyasətinə, ideoloji təxribatlarına qarşı ayıq-sayıq olmasının orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında təbliğini gücləndirməkdən ibarətdir

    “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım fondu tərəfindən müvafiq dərəcəli diplomlarla və pul mükafatları ilə təltif olundular.

    “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri aşağıdakılardır.

    I yer – Mehbalıyeva Nigar – Səbail rayon 236 saylı orta ümumtəhsil məktəbinin X sinif şagirdi

    II yer – Rzayeva Məleykə – Xəzər rayon 142  saylı orta ümumtəhsil məktəbinin XI sinif şagirdi

    III yer – Abbaszadə Lalə – Xətai rayon 269 saylı orta ümumtəhsil məktəbinin X sinif şagirdi.