30.03.2012-ci il tarixində Gəncliyə Yardım Fondunun nümayəndələri anadangəlmə şikəst olan 8 yaşlı Qurbanov Elçin Ehtibar oğlunu yaşadığı mənzildə ziyarət ediblər. Elcinin ailəsi tərəfindən Fonda ünvanlanmış ərizənin tələbləri nəzərə alınaraq balaca Elçinin hərəkətinin rahatlaşdırılması üçün nəzərdə tutulan əlil arabası ona təqdim edilmişdir.
Bundan sonra özünü daha rahat və xoşbəxt hiss etdiyini bildirən Elçinin ailəsi, övladlarına qarşı göstərilən bu diqqət və qayğıya görə Gəncliyə Yardım Fondunun rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.