Bu gün Millət vəkili Qənirə Paşayeva, Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurası Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, Avrasya QHT Əməkdaşlıq Dərnəyinin rəhbəri İsmail Safi və Avrasya İqtisadi Əməkdaşlıq Dərnəyinin sədri Hikmət Ərən Gəncliyə Yardım Fondunun qonağı olublar.
Fondun fəaliyyəti ilə yaxından tanış olan qonaqlar bu uğurlu fəaliyyətlərə görə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə təşəkkürlərini bildiriblər. Eyni zamanda Gəncliyə Yardım Fondunun fəal və istedadlı tələbə gəncləri ilə görüşən qonaqlar gənclərə öz dəyərli tövsiyələrini veriblər.
Görüşün sonunda qonaqlara xatirə hədiyyələri, o cümlədən Azərbaycan tarixi və həqiqətlərini özündə əks etdirən “Qarabağ: Suallar və Faktlar” kitabı hədiyyə edilmiş və qonaqlarla birlikdə xatirə şəkilləri çəkilmişdir.