Sosial Fəaliyyətlər Məhəmməd Peyğəmbərin (s.a.v.) doğum günü ilə bağlı tədbir keçirilib

Məhəmməd Peyğəmbərin (s.a.v.) doğum günü ilə bağlı tədbir keçirilib

23

  Aprelin 15-də Hz.Məhəmməd Peyğəmbərin (s.a.v.) doğum gününə həsr edilmiş “İslamda bərabərlik və birlik” mövzusunda tədbir keçirilib. Lent.az-ın verdiyi xəbərə görə, Gəncliyə Yardım Fondunda Azərbaycanın Qarabağ Seyid Ocaqlarının təşəbbüsü ilə keçirilən tədbirdə ölkənin çoxlu sayda inanclı xanımları iştirak edib. 

     Tədbirdə əvvəlində Mədinə adlı inanclı xanım “Quran-Kərimdən” ayələr oxuyub. Daha sonra çıxış edən Qarabağ Seyid Ocaqlarının təmsilçisi hüquqşünas, araşdırmaçı Sevinc Əzimbəyli “İslamda birlik və bərabərlik” mövzusunda geniş məruzə ilə çıxış edib.

    O, bildirib ki, tədbirin keçirilməsində məqsəd cəmiyyətdə təriqətlər arası dözümlülük, tolerantlıq münasibətlərinin təbliğatını artırmaqdır. 

     Sevinc Əzimbəyli ölkə müsəlmanlarının din və dövlət münasibətlərində birlik və bərabərlik içərisində Azərbaycan dövlətçiliyinin bütövlüyünə xidmət etməsinin vacibliyini diqqətə çatdırıb: “Azərbaycanda milli və dini tolerantlığın ən yüksək səviyyədə olması dövlətin apardığı uğurlu siyasətin nəticəsidir. Mənəvi irsimizin əsl təəssübkeşi isə Azərbaycan dövlətidir. Ancaq bu münbit şəraitdən sui-istifadə edən bəzi zərərli qüvvələrin, özlərinə “dindar” deyən şəxslərin olması İslama və onun Peyğəmbərinə qarşı gəlməkdir. İslam dini insanları inama, birliyə çağırır. İslam sevgi, mərhəmət, barış, qardaşlıq, dostluq, əmin-amanlıq dinidir. Hz.Məhəmməd Peyğəmbər (s.a.v.) insanlığın öndəridir. Dövlətçiliyə bağlı milli məfkurə daşıyıcısı olan gerçək inanc adamları din və dövlət münasibətlərində fəal olması dinimizdə xeyr savab əməldir” .
     Tədbirdə iştirakçı xanımlara “Quran-Kərim” və qızılgül hədiyyə edilib. 
     Sonda şəhidlərin ruhuna dualar oxunub.