Təhsil Fəaliyyətləri Məktəblilərarası “Nə Harada Nə zaman” oyunu üzrə çempionat keçirilmişdir

Məktəblilərarası “Nə Harada Nə zaman” oyunu üzrə çempionat keçirilmişdir

5

  17 Aprel 2012-ci il tarixində Gəncliyə Yardım Fondunun akt zalında “İRƏLİ” İctimai Birliyi və “Xəzər” İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə məktəblilər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə “Bakı turniri” təşkil olunmuşdur. 

    Məktəblilərarası çempionatda Bakının 23 məktəbindən 25 komanda iştirak etmişdir.

    Çempionatın sonunda ilk üç yerin sahibinə diplomlar, kitab hədiyyələri və qalib komandaya kubok təqdim edilmişdir. Digər iştirakçılar isə sertifikatlarla təltif olunmuşdur.

    Çempionatın keçirilməsində əsas məqsəd məktəblilərdə dünya görüşün artırılması, intellektual hərəkata cəlb olunmasını təmin etməkdir.

    Qeyd edək ki, çempionat “İRƏLİ” İctimai Birliyinin Məktəb Parlamenti layihəsi çərçivəsində həyata keçirilir və turnir 2012-ci il üçün məktəbliləri əhatə edən ilk və ən böyük intellektual yarışdır.