Təhsil Fəaliyyətləri “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

8

 Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı.

    Bakı şəhər orta ümumtəhsil məktəbləri arasında keçirilən müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunub.

   Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyevbildirib ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən müsabiqələr gənclərin intellektual səviyyələrinin artırılmasına xidmət edir.

 Daha sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və Xocalı Soyqırımı Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlumüsabiqənin əhəmiyyətindən danışıblar.

    Sonda müsabiqənin qalibləri və fərqlənən iştirakçılar mükafatlandırılıb.

   Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərdə milli vətənpərvərlik ruhunun gücləndirilməsi, onların istedad və bacarıqlarının üzə çıxarılmasıdır.