İnsani Yardım Gəncliyə Yardım Fondu bir əlilə bir dünya bəxş etdi

Gəncliyə Yardım Fondu bir əlilə bir dünya bəxş etdi

1

  Bir insanı sevindirməyin nə qədər dəyərli bir əməl olduğunu hər birimiz çox yaxşı bilirik. Hələ sevindirdiyimiz insanın fiziki qüsurlu olması, özünü kifayət qədər istədiyi kimi idarə edə bilməməsi və onun digər insanlardan daha çox qayğıya ehtiyacı olması işin əhəmiyyətinin daha da böyüklüyündən xəbər verir. 

İnsanları sevmək, onlara qayğı göstərmək, ən azından onların dərdlərinə şərik olmaq, bununla yanaşı öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımıza, onların timsalında imkansız ailələrə imkanımızın çatdığı qədər yardımların edilməsi ən azından insanlıq və vətəndaşlıq borcumuzdur.

     Bu ülvi qayəni qarşısına məqsəd qoyan Gəncliyə Yardım Fondu 1967-ci il təvəllüdlü Şirinova Sevil Hidayət qızının əlil arbasına olan ehtiyacını qarşılamışdır. İki dəfə cərrahiyə əmliyyatı keçirən Sevilin pəncəsi amputasiya edilmiş və normal hərəkəti məhdudlaşdırılmışdır. 72 yaşlı qoca anasının himayəsində yaşayan Sevil fonda ünvanladığı məktubunda da qeyd etdiyi kimi yaşadığı mənzilin havasız və qaranlıq olması və onun hərəkət edib havaya çıxa bilməməsi onu daha da çox narahat edirdi. Maddi vəziyyətinin pis olması səbəbilə ala bilmədiyi əlil arabasının  Gəncliyə Yardım Fondu tərəfindən ona hədiyyə  edilməsi onun üçün böyük bir sevinc qaynağına çevrilmişdir.

     Əlil arabası Səbail Rayon İcra Hakimiyyətinin və fondun əməkdaşları tərfindən bir başa Sevilin yaşadığı mənzilə çatdırılmış və şəxsən özünə təqim edilmişdir.