Hər il ənənəvi olaraq Ramazan ayının əvvəlindən sonunadək Gəncliyə Yardım Fondunun konfrans zalında təşkil edilən iftar proqramları bu il də davam edir. Gündəlik 300 nəfər üçün hazırlanan iftar süfrələrində cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edir və Ramazan ayının sevincini birlikdə yaşayırlar.
Bununla birlikdə Ramazan ayı boyunca imkansız ailələrə, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə iftar süfrələri açılacaq eyni zamanda da 08.08.2012-ci il tarixində Azərbaycanlı və Türk İş adamlarına, 09.08.2012-ci il tarixində dövlət və qeyri hökumət təşkilatlarının nümayəndələrinə, 10.08.2012-ci il tarixində müxtəlif bölgələrdə fəaliyyət göstərən imamlar və din xadimlərinə, 11.08.2012-ci il tarixində isə səfirlik nümayəndələrinə iftar süfrələri açılacaqdır.
Gəncliyə Yardım Fondu bütün Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edir və hər kəsin orucunun qəbul olunmasını Allahdan diləyir.