15.09.2012-ci il tarixində Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıçla görüşüb. Türkiyənin ölkəmizdəki səfiri kimi səlahiyyət müddəti başa çatmış cənab Hulusi Kılıç görüş əsnasında Gəncliyə Yardım Fondunun Azərbaycandakı uğurlu fəaliyyətlərini yüksək qiymətləndirdiyini dilə gətirib.
Türk diplomat Azərbaycanda fəaliyyət göstərdiyi 4,5 il ərzində iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsi üçün əlindən gələni etdiyini söyləyib. H. Kılıç burada ona göstərdikləri dəstəyə və anlayışa görə başda Prezident İlham Əliyev olmaqla hökumət nümayəndələrinə, qeyri-hökumət təşkilatlarına və media orqanlarına təşəkkür edib. “Ən böyük təşəkkürüm isə Azərbaycan xalqınadır”, – səfir deyib. Diplomat bundan sonrakı fəaliyyəti dövründə də daim Azərbaycanın mənafeyini qoruyacağını vurğulayıb. Səfir Prezident İlham Əliyevin onu “Dostluq” ordeni ilə təltif etməsini xatırladaraq, buna görə ölkə başçısına təşəkkür edib.
Görüşün sonunda Gəncliyə Yardım Fondunun perezidenti cənab Ahmet Tecim səfir Hülusi Kılıca fond kollektivi adından təşəkkür plaketi hədiyyı edib və xatirə şəkilləri çəkilib.