İnsani Yardım GYF-nin nümayəndələri İsmayıllıda əlillərlə görüşüb

GYF-nin nümayəndələri İsmayıllıda əlillərlə görüşüb

20

  Gəncliyə Yardım Fondunun əməkdaşları o cümlədən fondun vitse-prezidenti Salman Əliyev İsmayıllı rayonunda iki əlil ailəsi ilə görüşüb. Əlil arabası tələbilə fonda ünvanlanan məktublar əsasında bölgəyə səfər edən nümayəndə heyəti tələb olunan əlil arabalarını bir başa əlil həmvətənlərimizə təqdim ediblər.

     Görüş əsnasında bir neçə ildir əlil arabasına məhkum olan 1959-cu il təvəllüdlü Bədirov Vaqif Niyaz oğlu və 1979-cu il təvəllüdlü Şahməmmədov Rasim Eldar oğlu ehtiyaclarını qarşıladığına görə Gəncliyə Yardım Fondunun bütün əməkdaşlarına öz təşəkkürlərini bildiriblər.