Təhsil Fəaliyyətləri Həmrəylik Günü Münasibətilə GYF Tələbələri Sevindirdi

Həmrəylik Günü Münasibətilə GYF Tələbələri Sevindirdi

7

Bu gün Gəncliyə Yardım Fondunun konfrans zalında fondun nəzdində təşkil olunmuş növbəti kompyuter, ingilis dili, rus dili və ebru kurslarını müvəffəqiyyətlə bitirmiş müdavimlərə sertifikatların təqdim olunması mərasimi keçirilmişdir.

    Tədbir Azərbaycan respublikasının dövlət himni ilə açıq elan edildi.

    Mərasimdə giriş sözü ilə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tədbirdə iştirak edən bütün qonaqları salamladı və qloballaşan dünyada xarici dilləri və kompyuter elmlərini öyrənməyin əhəmiyyətindən danışdı. Natiq öz çıxışında günü-gündən inkişaf edən Azərbaycanda gənclərə gözstərilən dövlət qayğısını xüsusi qeyd etdi. 

Tədbirdə çıxış edən Millət vəkilləri Hikmət Atayev və Sevinc Hüseynova bütün tələbələri bu gözəl gün münasibətilə təbrik etdilər və Gəncliyə Yardım Fondunun bu uğurlu fəaliyyətlərini yüksək qiymətləndirdiklərini bildirdilər. 

Tədbirdə tələbələrə öz təbrikini yumor dolu çıxışı ilə çatdıran sevimli aktyor Elməddin Cəfərov gəncliyimizin milli ruhda yetişməsinə çox sevindiyini qeyd etdi. 

    Qeyd edək ki, mərasimdə 68 nəfərə sertifikat təqdim edildi. Bu sertifikatlardan 8-i ebru 16-sı kompyuter, 15-i ingilis, 14-ü rus və 15-i ingilis dili danışıq kurslarını müvəffəqiyyətlə bitirmiş tələbələrə təqdim edildi.

    Kursda iştirak etmiş tələbələr də öz növbələrində fond rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Sonda tələbələr və fond rəhbərliyi birgə xatirə şəkilləri çəkdirdilər.