Təhsil Fəaliyyətləri Məktəblilərin “ Nə Harada Nə zaman” oyunu keçirilib

Məktəblilərin “ Nə Harada Nə zaman” oyunu keçirilib

8

12.01.2013-cü il tarixində Gəncliyə Yardım Fondunda məktəblilər arası “Nə,? Harada? Nə zaman?” oyunu üzrə “Bakı turniri” keçirilib. “Gəncliyə Yardım Fondu”, “İrəli Məktəb Parlamenti” və “Xəzər İntellektual Gənclər Klubu” nun birgə təşkilatçılığı ilə baş tutub. Turnirdə çıxış edən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev deyib ki, məktəblilərin bu gün bu cür turnirdə iştirakı onlar üçün böyük imtahandır.

 Həmçinin, o məktəblilərə uğurlar arzulayb. İrəlinin baş katibi Nərmin Məmmədova isə deyib ki, İrəli İctimai Birliyi bu cür turnirlərin keçirilməsində hər zaman dəstək verməkdədir. “Turniri keçirməkdə əsas məqsədimiz məktəblərdə dünyagörüşünün artırılması və intellektual hərəkata cəlb olunmasını təmin etməkdir. Daha sonra turnir Anar Səfərovun aparıcılığı ilə işə başlayıb. Qeyd edək ki, çempionatda məktəbliləri təmsil edən 22 komanda iştirak edib və çempionatın sonunda ilk üç yerin sahibləri kubok, diplom və sertifikatla təsis olunub.