Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunda Gənc Yazarla Görüş Keçirildi

Gəncliyə Yardım Fondunda Gənc Yazarla Görüş Keçirildi

2

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin “Yazarlar ilə görüş” adlanan layihəsinin ilk qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc yazar Mirbəhram Əzimbəyli olub.  Gəncliyə Yardım Fondunda gerçəkləşən görüşə çoxlu sayda gənclər o cümlədən, xaricdə təhsil alan azərbaycanlı tələbələr qatılıb. “Yeni Üfüq” Gənclər Şöbəsinin rəhbəri Elvin Süleymanov qonaqları salamlayıb:

 “Təşkilatın “Yazarlar ilə görüş” adlanan bu layihəni həyata keçirməkdə başlıca məqsədinin cəmiyyətimizin əsas hərəkət verici qüvvəsi olan yazarlarımızı ictimaiyyət ilə daha yaxından tanış etməkdir.”. Tədbirdə AYB-nin katibi, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid Mirbəhramın uğurlarından danışıb və görüş iştirakçılarına gənc yazarın bu il “gənclər mükafatı”na AYB tərəfindən namizəd olaraq irəli sürüldüyünü bildirib. Filologiya üzrə fəlsəfə elmləri doktoru Xanım Qasımova isə M. Əzimbəylinin yaradıcılıq yolundan söz açıb, Mirbəhram sevərlər üçün şairin şeirlərindən səsləndirilib. Qonaqlardan gənc ədib Pərvin xanım həmkarı Mirbəhramın əsərləri ilə bağlı maraqlı fikirlər səsləndirib. Görüş boyunca gənc yazar öz sevilən şeirlərindən bəzilərini səsləndirib, çox saylı oxucuların maraqlı suallarını cavablandırıb. Mirbəhram Əzimbəylinin ədəbi uğurlarını əks etdirən video çarx izlənilib.