3 fevral tarixində Gəncliyə Yardım Fondunda təlimçi İsmayıl Vəliyev olmaqla “Beyin gücü: Pik Performans üçün beyinini kəşf et!” mövzusunda seminar keçirilib. Seminarın əsas məqsədi, yaddaş əzifliyi, konsentransiya, zəif kreativlik, neqativ iç söhbət, oxuduqlarını tez unutma, fikri cəmləyə bilməmə, qeyri – dəqiqlik, uzunmüddətli işləyə bilməmə və s. mövzular haqqında məlumatlar verilmiş, müzakirələr aparılmışdır.
Seminarın təşkilatçısı təlimçi İsmayıl Vəliyev bildirdi ki, bu cür təlim və seminarların keçirilməsi və gənclərin belə seminarlarda aktiv iştirakı sevindirici haldır: “Çünki bugünün gəncliyi öz üzərilərində işləməyi və özlərini inkişaf etdirməyi hədəflədiyi üçün əminliklə deyə bilərəm ki, Azərbaycan gələcəyə doğru parlaq və mükəmməl addımlarla irəliləməkdədir. Təlimin sonunda təlimçi İsmayıl Vəliyev təlimin keçirilməsinə görə, yaratdığı şəraitə görə Gəncliyə Yardım Fondunda rəhbərliyinə təşəkkürünü çatdırdı.