16.02.2013-cü il tarixində Gəncliyə Yardım Fondunda Azərbaycan Respublikası Gənclər Təşkilatarı Milli Şurasının Məclisinin növbəti iclası keçirildi. İclasda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edərək belə əlamətdar tədbirə ev sahibliyi etdiyinə görə qürür hissi keçirdiyini qeyd etdi. Gənclər Təşkilatarı Milli Şurasının sədri Şahin Seyidzadə də öz növbəsində yaradılmış şəraitə görə fond rəhbərliyə öz dərin təşəkkürünü bildirdi və Fondun uzun illərdir azərbaycan gəncliyinin milli ruhda yetişməsi yolundakı əvəzsiz fəaliyyətindən danışdı.
Qeyd edək ki, keçirilən Məclis nətcəsində Milli Şuranın cari hesabatı təqdim olunmuş, üzvlük üçün namzədliklərə baxılmış, təşkilatın üzvlərinin sayı 104-də çatmış və təşkilatın yeni logotipi təsdiq olunmuşdur.
Onu da qeyd edək ki, Məclis Azərbaycan Respublikası Dölət Himninin heç bir musiqi olmadan, Məclis iştirakçıarının canlı ifası ilə açıq elan olunmuşdur.