Təhsil Fəaliyyətləri Türkiyəli Yazıçı Professor Veysel AKKAYA “Gəncliyə Yardım Fondunda” Oxucularla Görüşdü

Türkiyəli Yazıçı Professor Veysel AKKAYA “Gəncliyə Yardım Fondunda” Oxucularla Görüşdü

1

 “İrfan” jurnalının dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış ədəbiyyat və elm xadimi, professor Veysel Akkaya bu gün Gəncliyə Yardım Fondunun İdarə Heyətinin üzvləri, İrfan jurnalının redaksiya heyəti və oxucularla görüşüb.

   Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti, Ahmet Tecim qardaş ölkədən gəlmiş dəyərli elm və sənət xadimini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib. O, bu səfərin iki qardaş ölkə arasında mədəni əməkdaşlığın gözəl örnəyi olacağına inandığını qeyd edib.

   Tədbirdə iştirak edən  İrfan jurnalının baş redaktoru Nurlan Məmmədzadə bu görüşün çox əlamətdar bir görüş olduğunu bildirdi və dəyərli elm xadiminin bugunku gəncliyimizə örnək olacağına inandığını dedi.

   Milli-mənəvi dəyərlərimizdə ədəbiyyatın rolu və gənclik mövzusunda gənclərin qarşısında çıxış edən professor Veysel Akkaya  Azərbaycana dəvət edilməsindən, nəzərdə tutulan zəngin səfər proqramından məmnun olduğunu bildirdi və hər yeni elmi-mədəni layihənin qardaş ölkələr və xalqlar arasında yeni əməkdaşlıq imkanları açdığına inamını qeyd etdi.

   Görüşün sonunda qonağa xatirə hədiyyələri, o cümlədən Azərbaycan tarixi və həqiqətlərini özündə əks etdirən “Qarabağ: Suallar və Faktlar” kitabı hədiyyə edilmiş və qonaqla birlikdə xatirə şəkilləri çəkilmişdir.