Təhsil Fəaliyyətləri Beynəlxalq Təşkilatlara Xocalı Həqiqətləri Çatdırıldı

Beynəlxalq Təşkilatlara Xocalı Həqiqətləri Çatdırıldı

3

Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə  Xocalı Soyqrırımının XXI ildönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir.

Tədbirdə Xocalı faciəsini əks etdirən foto sərgi təşkil edilmişdir, Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün on min şəxs və beynəlxalq təşkilatların e-mail ünvanlarına Xocalı faciəsini əks etdirən tam məlumatlar göndərilmiş, Xocalı faciəsini əks etdirən vidio rolik təqdim edilmiş, “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmış, dövlət və qeyri hökumət təşkilatlarının nümayəndələri çıxış etmişdir.

 O cümlədən tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov və Türkiyə Cumhuriyyəti Bakı böyükelçiliyinin mədəniyyət müşaviri Seyid Ahmet Arslan çıxış edərək gənc nəslin milli vətənpərvərlik ruhda yetişmələrinin zəruriliyidən bəhs etdilər.

Tədbirin məqsədi Azərbaycan xalqının tarixi boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalması, öz tarixi topraqlarından qovulmasından, qaçqına və məcburi köçkünə çevrilməsini və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasını, tariximizin soyqırım səhifəsi olan Xocalı faciəsinin bütün həqiqətlərini olduğu kimi gənc nəsillərə çatdırmaq,  ərazi iddialarını əsaslandırmaq üçün davamlı olaraq yeni-yeni əsassız tezislər uyduran erməni millətçilərinin anti-Azərbaycan təbliğatına, məkrli siyasətinə, ideoloji təxribatlarına qarşı ayıq-sayıq olmasının orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında təbliğini gücləndirməkdən ibarətdir

“Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım fondu tərəfindən müvafiq dərəcəli diplomlarla və pul mükafatları ilə təltif olundular.

Mükafat fondu: I yer– 150 manat, II yer– 100 manat , III yer– 50 və səkkiz fərqlənmiş iştirakçıya 20 manat məbləğində təyin edilmişdir.

“Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri aşağıdakılardır.

I yer – Hüseynzadə İlahə – Xətai rayon 191 saylı orta ümumtəhsil məktəbinin şagirdi

II yer – Piriyeva Ülkər – Səbaill rayon 236  saylı orta ümumtəhsil məktəbinin şagirdi

III yer – Cəmilova Fidan – Binəqədi rayon 299 saylı orta ümumtəhsil məktəbinin şagirdi