Təhsil Fəaliyyətləri Çanaqqala şəhidləri yad edildi

Çanaqqala şəhidləri yad edildi

3

Bu gün Gəncliyə Yardım Fondunun konfrans zalında fondun nəzdində təşkil olunmuş növbəti kompyuter, ingilis dili və rus dili kurslarını müvəffəqiyyətlə bitirmiş müdavimlərə sertifikatların təqdim olunması mərasimində duyğulu anlar yaşandı.

Tədbir Azərbaycan respublikasının dövlət himni və Türkiyə cumhuriyyətinin istiqlal marşı ilə açıq elan edildi.

Mərasimdə giriş sözü ilə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tədbirdə iştirak edən bütün qonaqları salamladı və içərisində olduğumuz mart ayının tariximizdə əhəmiyyətli günlərlə yadda qaldığını dilə gətirərək türk xalqının tarixi qəhrəmanlıqlarından, igidlik və yenilməzliklərindən danışdı. Ahmet Tecim onu da qeyd etdi ki, istər Azərbaycan xalqının başına gətirilən 31 mart soyqırımı, istərsə də Çanaqqalə döyüşündə şəhid olan soydaşlarımız bizim türk xalqlarımızın adlarını tarix səhifələrinə mübariz və qorxmaz bir xalq olaraq yazmışdırlar. Natiq öz çıxışında günü-gündən inkişaf edən Azərbaycanda gənclərə gözstərilən dövlət qayğısını xüsusi qeyd etdi. 

Tədbirdə çıxış edən Millət vəkili Kamilə Əliyeva, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı bütün tələbələri bu gözəl gün münasibətilə təbrik etdilər və Gəncliyə Yardım Fondunun bu uğurlu fəaliyyətlərini yüksək qiymətləndirdiklərini bildirdilər. 

Tədbirdə tələbələrə öz təbrikini gözəl şairimiz Əhməd Cavadın sözlərinə bəstələnmiş Çırpınırdı Qara Dəniz mahnısıyla  çatdıran sevimli müğənni  Zeynəb Dostəliyeva gəncliyimizin milli ruhda yetişməsinə çox sevindiyini qeyd etdi. 

Qeyd edək ki, mərasimdə 68 nəfərə sertifikat təqdim edildi. Bu sertifikatlardan 13-ü fərdi inkişaf 22-si kompyuter, 19-u ingilis, 13-ü rus və 5-i ingilis dili danışıq kurslarını müvəffəqiyyətlə bitirmiş tələbələrə təqdim edildi.

 Kursda iştirak etmiş tələbələr də öz növbələrində fond rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Sonda tələbələr və fond rəhbərliyi birgə xatirə şəkilləri çəkdirdilər.