03.05.2013-cü il tarixində Türkiyə Cumhuriyyəti Marmara Universitetinin bir qrup müəllim və tələbə kollektivi Gəncliyə Yardım Fondunun qonağı olub.
Fondun kollektivi ilə görüşən qonaqlara günü gündən inkişaf edən Azərbaycan haqqında geniş məlumat verilib.
Qeyd edək ki, qonaqlar Marmara Universiteti Fən Ədebiyyat Fakultəsi Tarix Bölümü Qafqaz Tarixi Kafedrasının Başqanı Doç. Dr. Okan Yeşilot, Coğrafya Bölümü Bəşəri və İqtisadi Coğrafya Kafedrasının müəllimi Yrd. Doç. Dr. Halil KURT və Atatürk Təhsil Fakultəsinin müəllimi Yrd. Doç. Dr. Sefa Sekinin, Coğrafya Bölümündən Prof. Dr. Mehmet Akif Ceylanın rəhbərliyi altında həyata keçirilən 29 Aprel – 6 May 2013 tarixləri arasında reallaşdırılan araşdırma və ərazi tatbiqatı gəzintisi çərçivəsində Fən Ədəbiyyat Fakultəsi və Atatürk Təhsil Fakultəsi tələbələrilə birlikdə 45 nəfərlik bir qrupla Azərbaycana səfər ediblər.
Çay süfərsi ərtafında davam edən görüşdə Fondun həyata keçirdiyi fəaliyyətləri özündə əks etdirən video-rolik nümayiş etdirilb. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Qarabağ həqiqətləri haqqında geniş məlumat verib.
Qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə bu uğurlu fəaliyyətlərinə görə öz təşəkkürlərini bildirdilər və Gəncliyə Yardım Fonduun həyata keçirdiyi layihələrin iki dövlət arasındakı qardaşlıq əlaqələrinin daha da inkişafındakı əhəmiyyətindən danışdılar.
Görüşün sonunda qonaqlara qarşılıqlı hədiyyələr o cümlədən “Qarabağ: Suallar və Faktlar” və “Qardaş Köməyi” kimi milli-mənəvi dəyərlərimizi özündə əks etdirən kitablar təqdim edilib və xatirə şəkilləri çəkilib.