04.07.2013-cü il tarixində Türkiyədən gəlmiş bir qrup elm adamı Gəncliyə Yardım Fondunun qonağı olub.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə YUNESKO-nun yubileylər proqramı çərçivəsində Seyyid Yəhya Bakuvinin vəfatının 550 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda iştirak etmək üçün Azərbaycanda olan səfərdə olan Dr. Mustafa Tatçı və onun rəhbərliyi altında olan nümayəndə heyəti fondun fəaliyyəti ilə yaxından tanış olublar.
Fondun kollektivi ilə görüşən qonaqlara günü gündən inkişaf edən Azərbaycan haqqında geniş məlumat verilib.
Çay süfərsi ərtafında davam edən görüşdə Fondun həyata keçirdiyi fəaliyyətləri özündə əks etdirən video-rolik nümayiş etdirilb. Gəncliyə Yardım Fondunun icraçı katıbı Nəcməddin Akbulut qonaqlara Qarabağ həqiqətləri haqqında geniş məlumat verib.
Qonaqlar Gəncliyə Yardım Fondunun bütün kollektivinə bu uğurlu fəaliyyətlərinə görə öz təşəkkürlərini bildirdilər və Gəncliyə Yardım Fonduun həyata keçirdiyi layihələrin iki dövlət arasındakı qardaşlıq əlaqələrinin daha da inkişafındakı əhəmiyyətindən danışdılar.
Görüşün sonunda qonaqlara qarşılıqlı hədiyyələr o cümlədən “Qarabağ: Suallar və Faktlar” və “Qardaş Köməyi” kimi milli-mənəvi dəyərlərimizi özündə əks etdirən kitablar təqdim edilib və xatirə şəkilləri çəkilib.