Təhsil Fəaliyyətləri Gəncliyə Yardım Fondunda Təşkil Edilən VII Yay Düşərgəsi Yekunlaşdı

Gəncliyə Yardım Fondunda Təşkil Edilən VII Yay Düşərgəsi Yekunlaşdı

5

Artıq 7 ildir ki Gəncliyə Yardım Fondunda 6-15 yaş uşaqlar üçün təşkil edilən yay düşərgəsi maraqlı günlərini arxada qoydu. Uşaqların hər yay tətillərində ən çox sevdikləri və səbirsizliklə gözlədikləri bu gözəl məkan bu ildə uşaqların könlünü fəth edə bildi. Düşərgə müddəti çərçivəsində uşaqlara ingilis-ərəb dilləri, kompyuter və nizam-intizam qaydaları, fərdi inkişaf kursları keçirilmişdir.

 Eyni zamanda gün ərzində fərqli oyunlar və həftə sonu bir-birindəm maraqlı ekskursiyalar uşaqların ürəyincə olmuşdur. Düşərgənin sonunda uşaqlar arasında tədris edilən fənlər əsasında imtəhan keçirilmiş və qaliblərə fondun təhsil şöbəsi tərəfindən dəyərli hədiyyələr təqdim edilmişdir.

İşıqlı gələcəyimizin carçıları olan gözəl övladlarınızın elm və tərbiyəsini bizə etibar etdiyinizə görə bütün valideynlərə öz təşəkkürümüzü bildirir və hər il daha da gözəl fəaliyyətlərimizlə yolunuzu gözləyirik.