Azərbaycanda rəsmi səfərdə olan T.C. Xarici işlər naziri Əhməd Davudoğluyla görüşən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim nazirə “Qardaş Köməyi” jurnalını təqdim etdi.
Görüş əsnasında T.C. Xarici işlər naziri Əhməd Davudoğluyla məlumat olaraq qeyd edildi ki, 1915-ci ildə Bakıda Anadolu Türkünün Qurtuluş mübarizəsinə dəstək vermək məqsədiylə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti liderliyində “Qardaş Köməyi (Yardımı)” fəaliyyəti başlamış və bu təşkilatın 1917-ci ildə “Qardaş Köməyi” jurnalını nəşr etmə təşəbbüsü nəticəsində Anadolunun qurtuluş müharibəsinə dəstək məqsədiylə Bakıda minlərlə şəxs toplanmış, toplanan bu insanlar pullarını, qızıllarını və ailələrinin ziynət əşyalarını Anadoluya çatdırmaq üçün adı zikr olunan təşkilata vermişdilər.
Qardaşlıq hissələrinin Azərbaycan-Türkiyə hətta türk dünyası üçün əhəmiyyətini və təsirini hər zaman canlı tutmaq və gələcək nəsillərə çatdırmaq üçün Türk Əməkdaşlıq və Koordinasyon Ajansı Başkanlığının (TİKA), Azərbaycan Türk Sənayeci və İşadamları Cəmiyyəti (TUSİAB) və Gəncliyə Yardım Fondunun təşkilatçılığında “Keçmişdən Günümüzə Azərbaycan və Türkiyədə Xeyriyyəçilik Ənənəsi QARDAŞ KÖMƏYİ” adlı bir layihəni reallaşdırmaq qərarına gəlmişdir. Layihə çərçivəsində, adı çəkilən jurnal transliterasiya edilmiş, Türkiyə türkcəsinə uyğunlaşdırılmış və daha sonra nəşr olunmuşdur.
Qeyd edək ki, Xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycandakı 2 günlük rəsmi səfəri çərçivəsində, xarici işlər naziri Elmar Məmmədyarov ilə ikitərəfli və heyətlərarası görüşlərlə birlikdə, prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və Baş nazir Artur Rasizadə ilə görüşüb.
Ziyarət əsnasında reallaşdırılan ikitərəfli və heyətlərarası görüşmələrdə, Türkiyə ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrin gündəmində olan mövzular ilə birgə hər iki ölkənin ortaq maraq sahəsinə daxil olan regional və beynəlxalq inkişaf sahələri ələ alınməş və bütün istiqamətləriylə qiymətləndirilmişdir.