Hər il ənənəvi olaraq Ramazan ayının əvvəlindən sonunadək Gəncliyə Yardım Fondunun konfrans zalında təşkil edilən iftar proqramları bu il də davam edir. Gündəlik 300 nəfər üçün hazırlanan iftar süfrələrində cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edir və Ramazan ayının sevincini birlikdə yaşayırlar. Bununla birlikdə Ramazan ayı boyunca imkansız ailələrə, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə iftar süfrələri açılmış və Ramazan bayramına 3 gün qalmışa qədər davam edəcəkdir.
Gəncliyə Yardım Fondu bütün Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edir və hər kəsin orucunun qəbul olunmasını Allahdan diləyir.