Sosial Fəaliyyətlər GYF-nin fəaliyyətləri qonaqları heyran etdi

GYF-nin fəaliyyətləri qonaqları heyran etdi

2

10.09.2013-cü il tarixində Türkiyədən gəlmiş qonaqlar və Millət vəkili, professor Musa Qasımlı Gəncliyə Yardım Fondunun qonağı olub.

“İslahatçı Gənclər” İctimai Birliyinin dəvətilə Bakıda səfərdə olan İstanbul Türk Ocağı Gənclik Qolları təmsilçisi Almıla Maraş və onun rəhbərliyi altında olan nümayəndə heyəti fondun fəaliyyəti ilə yaxından tanış olublar.

Fondun kollektivi ilə görüşən qonaqlara günü gündən inkişaf edən Azərbaycan haqqında geniş məlumat verilib.

Çay süfərsi ərtafında davam edən görüşdə Fondun həyata keçirdiyi fəaliyyətləri özündə əks etdirən video-rolik nümayiş etdirilb. Gəncliyə Yardım Fondunun prezidenti qonaqlara Qarabağ həqiqətləri haqqında geniş məlumat verib.

Qonaqlar Gəncliyə Yardım Fondunun bütün kollektivinə bu uğurlu fəaliyyətlərinə görə öz təşəkkürlərini bildirdilər və Gəncliyə Yardım Fonduun həyata keçirdiyi layihələrin iki dövlət arasındakı qardaşlıq əlaqələrinin daha da inkişafındakı əhəmiyyətindən danışdılar.

Görüşün sonunda qonaqlara qarşılıqlı hədiyyələr o cümlədən “Qarabağ: Suallar və Faktlar” və “Qardaş Köməyi” kimi milli-mənəvi dəyərlərimizi özündə əks etdirən kitablar  təqdim edilib və xatirə şəkilləri çəkilib.