İnsani Yardım Gəncliyə Yardim Fondu Bu İl 1000 Ailəyə Bayram Sevinci Bəxş Etdi

Gəncliyə Yardim Fondu Bu İl 1000 Ailəyə Bayram Sevinci Bəxş Etdi

3

Gəncliyə Yardım Fondu qurban kəsmək və paylamaq fəaliyyətinə 1994-cü ildən başlamışdır. Fondumuz o zamandan etibarən də hər il qurban bayramında qurban kəsimlərini həyata keçirərək onları ehtiyac sahiblərinə paylamaqdadır. 2013-ci ildə fondumuz xüsusilə Türkiyənin Əziz Mahmud Hüdayi vəqfinin maddi köməyi ilə bu fəaliyyətlərini həyata keçirmişdir.

GYF–nun kəsdiyi qurbanların böyük bir hissəsi (təxminən yarısından çoxu) bir başa qaçqın şəhərciklərinə, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və daha çox ehtiyac sahiblərinə göndərilir. Bu il də kəsilən 20 ton qurban ətinin bir hissəsi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin göstərişi ilə  başda Bərdə Rayonu Təklə və Lənbəran kəndləri, eyni zamanda Göygöl rayonu Murovdağ qəsəbəsində  məskunlaşan qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə paylanmışdır. O cümlədən qeyd edilən bölgələrdə yaşayan 1000 ailə bayram sevincini Gəncliyə Yardım Fondu ilə yaşamışdır. Fondun mərkəzində də qurban paylarının bir qismi əvvəlcədən müəyyənləşdirilən kasıb ailələrə paylanmışdır. Qeyd edək ki, Gəncliyə Yardım Fondu bu paylama işini Azərbaycan Respublikasi Nazirlər Kabineti, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsi, İcra hakimiyyətlərindən bir nümayəndə ilə birgə həyata keçirir. Əvvəlcədən verilən talonlar ehtiyac sahiblərinə təqdim edilir və qurban bayramı günü də ətlər paylanılır.

Fondun hər il həyata keçirdiyi bu xeyriyyə fəaliyyəti eyni zamanda cəmiyyətimizdə fərdlər arasındakı paylaşma ruhunun daha da artmasına və digər təşkilatların da bu cür xeyriyyə aksiyalarına qoşulmalarına vəsilə olmuşdur. Gəncliyə Yardım Fondu bundan sonrakı fəaliyyətlərini də Azərbaycan xalqının mənafeyi naminə həyata keçirməyə davam edəcəkdir.