Sosial Fəaliyyətlər GYF “Milli bayraq günü” münasibətilə Xocavənddə xeyriyyə tədbiri keçirib

GYF “Milli bayraq günü” münasibətilə Xocavənddə xeyriyyə tədbiri keçirib

18

9 noyabr “Milli bayraq günü” münasibətilə Gəncliyə Yardım Fondu, Xocavənd İcra Hakimiiyyəti ilə birgə bayram tədbiri keçirib.

Tədbirdə Xocavənd rayonu orta məkətbinin şəgirdləri bir-birindən maraqlı ədəbi kompozisiya və  musiqi nömrələri ilə çıxış ediblər. Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev sərhəd bölgələrində öz vətənlərindən uzaqda qaçqın və məcburi köçkün kimi yaşayan insanların hər zaman diqqət mərkəzində saxlanılmasının vacibliyindən danışıb.

 O eyni zamanda şəhidlərimizin qanlarıyla yoğrulan yenilməz bayrağımızın hər zaman başımız üzərində qürurla dalğalanacağına inandığını əminlikdə vurğuladı. Tədbirdə eyni zamanda Xocalı soyqırımını tanıtma ictimai birliyinin sədri Şamil Sabiroğlu və GYF-nin mətbuat şöbəsinin rəhbəri Eldar Kərimov da çıxış edərək, dövlətimizin qaçqın və məcburi köçkünlərə göstərdiyi kömək və qayğıdan danışıblar.

Tədbirin sonunda Yeni salınmış Xocavənd rayonu qaçqın və məcburi köçkün şəhərciyində məskunlaşan  orta məktəb şagirdlərinə Gəncliyə Yardım Fondunun 9 noyabr “Milli bayraq günü” münasibətilə hazırladığı bayraqlar və məktəbli ləvazımatları təqdim edilib.

Qeyd edək ki, tədbirin məqsədi bayraq gününün qeyd olunması və milli atributların təbliğidir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanından sonra, 9 noyabr tarixi “Milli bayraq günü” kimi dövlət səviyyəsində qeyd olunur.