İnsani Yardım GYF “Beynəlxalq Əlillər Günü” münasibətilə 50 Əlil Ailəsini Sevindirdi

GYF “Beynəlxalq Əlillər Günü” münasibətilə 50 Əlil Ailəsini Sevindirdi

4

Bu gün “Beynəlxalq Əlillər Günü” münasibətilə Gəncliyə Yardım Fondu  “Tükənməyən Ümidlər” adlı xeyriyyə aksiyası keçirib.

Bir insanı sevindirməyin nə qədər dəyərli bir əməl olduğunu hər birimiz çox yaxşı bilirik. Hələ sevindirdiyimiz insanın fiziki qüsurlu olması, özünü kifayət qədər istədiyi kimi idarə edə bilməməsi və onun digər insanlardan daha çox qayğıya ehtiyacı olması işin əhəmiyyətinin daha da böyüklüyündən xəbər verir.

İnsanları sevmək, onlara qayğı göstərmək, ən azından onların dərdlərinə şərik olmaq, bununla yanaşı öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımıza, onların timsalında imkansız ailələrə imkanımızın çatdığı qədər yardımların edilməsi ən azından insanlıq və vətəndaşlıq borcumuzdur.

Bu ülvi qayəni qarşısına məqsəd qoyan Gəncliyə Yardım Fondu Beynəlxalq Əlillər Günü münasibətilə “Tükənməyən Ümidlər” devizi altında qayğıya möhtac olan əlil insanlarala görüş keçirilib. Görüş əsnasında 50 əlil ailəsinə ərzaq paketləri paylanılıb.