Sosial Fəaliyyətlər “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir”

“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir”

13

  “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı.

Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

      Gəncliyə Yardım Fondunun və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə iştirakçılar 1990-cı ilin Qara Yanvar qurbanlarının xatirəsini yad etmişlər. Sonra qanlı Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunmuşdur. Gəncliyə Yardım Fondunda həyata keçirilən tədbir 20 yanvar facisəninin 23-cü ildönümünün yad edilməsi, gənc nəslin nümayəndələrinə vətənə sevgi hisslərinin aşılanması, onlar arsında milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunması, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək &¨çün şəraitin yaradılması məqsədilə baş tutub.

    Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun Təhsil Şöbəsinin müdiri İbrahim Erol tədbir iştirakçılarına şəhidlik fəlsəfəsindən danışıb.

    “Bizi bu gün burada bir araya gətirən ortaq dəyərlərimiz, ortaq hisslərimiz və şəhidlərin ruhuna olan hörmətimizdir. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun. Şəhid olmaq demək ölmək demək  deyil canını vətən yolunda qurban verərək ölməzliyə qovuşmaq deməkdir.

    Ürəklərində vətən sevgisi olan şəhidlərimiz vətənin müstəqilliyi uğrunda 24 il öncə öz canlarından keçiblər. 20 yanvar günü Azərbaycanın və bütün Türk dünyasının hüzün günü olmaqla yanaşı həm də qəhrəmanlıq günüdür” deyə o, bildirib.

    Azərbaycan Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev öz çıxışında vətən yolunda canından keçmiş şəhidlərin heç zaman unudulmayacağını vurğulayıb.

    “Vətən uğrunda canından keçmiş şəhidlərin ruhu hər zaman yad ediləcək. Hər birimizə vətən üçün böyük işlər görmək nəsib olsun”.

Tədbirdə iştirak edən Millət vəkili professor Kamilə Əliyeva öz çıxışında Heydər Əliyev irsinin layiqli davamçısı İlham Əliyevin şəhid ailələrinə qayğısından, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qaçqın və məcburi köçkün ailələrinə diqqətindən danışıb.   

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov məktəblilərə savadlı, vətənpərvər olmağı tövsiyyə edib.

    “Dövlət gənclər siyasətinə böyük önəm verir. Dövlətin qüvvəsinin əsas məmbəyi insan kapitalıdır. Bütün məktəblilərə savadlı öz vətənini sevən bir gənc kimi yetişməyi tövsiyyə edirəm”.

    O, çıxışında müsabiqədə iştirak edən məktəbliləri təbrik edib və gələcək həyatlarında onlara uğurlar arzulayıb.

    Sonda Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu müsabiqənin təşkilatçılarına öz minnətdarlığını bildirib.

    Sonra mövzu ilə bağlı ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.

    Müsabiqədə müvafiq olaraq fərqlənmiş səkkiz nəfər və  birinci, ikinci və üçüncü yerləri tutmuş Nizami rayonundakı 214 nömrəli məktəbin şagirdi Abdullayeva Kəmalə, Sabunçu rayonundakı 107 nömrəli məktəbin şagirdi Gülər Namazova və Səbail rayonundakı 6 nömrəli məktəbin şagirdi Mehdiyeva Vəsilə təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlar, pul mükafatları və xatirə hədiyyələri təqdim edilmişdir. Eyni zamanda bütün qonaqlara Gəncliyə Yardım Fondunun dəstəyi ilə o günün hüznünə uyğun şəkildə nəşr edilən şair Məmməd Aslanın “Ağla, Qərənfil, Ağla” şeir kitabı hədiyyə edilmişdir.