İnsani Yardım Azərbaycanlı xeyriyyəçilərin Afrikada nəcib hərəkəti…

Azərbaycanlı xeyriyyəçilərin Afrikada nəcib hərəkəti…

10

“Bəzən 1 vedrə su üçün 10 km yol gedirik”

  Azərbaycanlı xeyriyyəçilərin təşəbbüsü ilə quraq Afrika ölkəsi olan Tanzanyanın paytaxtı Darussalam şəhərinin Mbaqala bölgəsində su quyusu qazılaraq yerlilərin istifadəsinə verilib. ANS Fevralın 16-da açılan su quyusuna azərbaycanlı övliya, İslam alimi, mütəfəkkir Seyyid Yəhya Şirvaninin adı verilib.

Su quyusunun açılış tədbirində Azərbaycandan Gəncliyə Yardım Fondu (GYF), Türkiyə Əməkdaşlıq və Kordinasiya Agentliyi (TİKA) və Türkiyənin bu ölkədəki səfirliyinin nümayəndələri iştirak ediblər.

Yerlilərdən biri Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirərkən bəzən bir qab su üçün bütün günlərini itirdiklərini deyib.

“Bəzən 1 vedrə su üçün 10 km yolu piyada gedib, yenə də 10 km geri qayıdırdıq. Bu isə bizim bütün günümüzü alırdı”.