İnsani Yardım Azərbaycan və Türkiyəli həkimlər tərəfindən Tanzaniyada ehtiyacı olan insanlara tibbi yardım göstərilmişdir

Azərbaycan və Türkiyəli həkimlər tərəfindən Tanzaniyada ehtiyacı olan insanlara tibbi yardım göstərilmişdir

1

Gəncliyə Yardım Fondu (GYF), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə Tanzaniyada müştərək Azərbaycan-Türkiyə İşbirliyi Proqramının (TATİP) icrasına başlanmışdır.

TATİP proqramı TİKA, Azərbaycan Gəncliyə Yardım Fondu və dünyada səhiyyə layihələri ilə tanınan Türkiyənin “Beynəlxalq Yerüzü Doktorları” Humanitar Təşkilatının əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Proqram çərçivəsində yüzə yaxın katarakta xəstəsini əməliyyat etmək və ehtiyacı olan yüzlərlə insanın göz müayinəsini aparmaq üçün Azərbaycan və Türkiyənin həkimləri Tanzaniyanın paytaxtı Darüssəlam şəhərində olmuşlar. Tanzaniyalı uşaqlar onları Azərbaycanın və Türkiyənin bayraqları ilə qarşılamışlar.

Eyni zamanda proqram çərçivəsində əvvəlcə Darüssəlamda Azərbaycanın tarixi şəxsiyyətlərindən olan Seyid Yəhya Şirvaninin adına qazdırılan su quyusunun açılış mərasimi keçirilmişdir.

Sonra həkimlər Darüssəlam şəhərinin Mukuranqa rayonuna gəlmişlər. Yerli əhali onları böyük sevinclə qarşılamışdır.

Mukuranqa xəstəxanasının bağçasında açılış proqramı keçirilmişdir. Tanzaniyanın keçmiş prezidenti Ali Hasan Mwinyi, Türkiyənin bu ölkədəki səfiri Ali Davutoğlu və TİKA-nın Orta Asiya və Qafqaz Ölkələri Departamentinin rəhbəri Ali Özgün Öztürkün iştirakı ilə keçirilən açılış proqramında Mukuranqa rayonunun rəhbər şəxsləri ilə yanaşı, yerli əhali də iştirak etmişdir.

Tanzaniyalı xəstələr və onların yaxınları göstərilən yardıma görə Azərbaycan və Türkiyə tərəfə öz minnətdarlıqlarını bildirmişlər.