İnsani Yardım Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XI əl işləri...

Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XI əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirildi

3

Bu gün Gəncliyə Yardım Fondunda Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XI əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı ilə açıq elan edilib.

Sərginin açılış mərasimində Milli Məclisin deputatları, Türkiyə səfirliyinin müşavirləri, Hökumət nümayəndələri və QHT rəhbərləri iştirak edib. 

Sərginin açılışında çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet  Tecim bu işdə hər kəsi birliyə və həmrəyliyə dəvət edib.

 O, öz çıxışında Ümummilli Liderimiz Heydər Əliyevin uşaqlara olan qayğısından danışmış və onun layiqli davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyev cənablarının bu sahədəki uğurlu fəaliyyətinin təqdirə layiq olduğunu qeyd etmişdir. Ahmet Tecm öz çıxışında onu da qeyd edib ki, əvvəlki illərdə təşkil edilən sərgilərdən əldə olunan vəsait Azərbaycan xalqının milli problemlərinə həsr olunmuşdur. Belə ki,  keçən illərdə təşkil edilən sərgilər; “Xocalıya Yardım”, “Qarabağ Suallar və Faktlar”kitabının nəşri, “Yeddi Uşaq Evinə Yardım”, “Qocalar Evinə Yardım”, “Uşaqlar Arasında Dişlərə Qulluq Mədəniyyətinin Formalaşması”, “Qarabağ Suallar və Faktlar” kitabının türk dilində nəşri,  “25 əlilə əlil arabası” “50 imkansız tələbəyə bir illik təqaüd”   və “Yüz imkansız ailəyə bir illik ərzaq yardımı” “101 Arzunu Gerçəkləşdir” , 101 Ehtiyac Sahibi Ailəyə Yardım”  layihəyəsinə həsr edilmişdir. Bütün bunlara görə və xeyirxah misiyanı həyhata keçirdiyinə görə ənənəvi xeyriyyə sərgisinə Azərbaycan xalqının marağı yüksək səviyyədədir. A.Tecim, bu ilki xeyriyyə sərgisindən əldə olunacaq vəsaitin, Gəncliyə Yardım Fondunun “Körpələri Sevindirək” layihəyəsində istifadə olunacağını və layihə çərçivəsində dünyaya yeni körpə gətirmiş 500 ehtiyac sahibi ailə seçiləcək və sərgidən əldə olunan vəsait ana və körpənin lazımi əşyalarına sərf ediləcəyini də qeyd etdi. 

Daha sonra çıxış edən Millət Vəkili Qənirə Paşayeva fondun təşkil etdiyi xeyriyyə fəaliyyətini yüksək qiymətləndirdiyini bildirdi və gələcəkj nəsilin sağlam böyüməsinə diqqət çəkdi. O eyni zamanda xanımların göz nuru və əl əməyindən istifadə edərək bu xeyirxah işləri görmələrini böyük ürək tələb etdiyini vurğuladı.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşaqlara dövlət qayğısından danışdı. Eyni zamanda ailədaxili problemlərin həllində zərər görən körpələrə dəstək sahəsində hər kəsi həmrəy olmağa çağırdı.

T.C. Səfirliyinin Mədəniyyət müşaviri Seyid Ahmet Arsan öz çıxışında Azərbaycan və Türk insanı arasında olan qardaşlıq və yardımlaşma duyğularından bəhs etdi.

Xeyriyyə işlərində xanımlara daim köməklik edən QMİ-nin sədr müavini Qəmər Cavadlı xeyriyyə işlərinin bu şəkildə ənənə halını almasını insanlar arasında mərhəmət hissinin artmasına səbəb olacağını dedi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Zülfüqar Heydərli çıxış edərək hər bir sağlam körpə sağlam gələcəyin təminatçısıdır dedi.

T.C. Səfirliyinin Din müşaviri Dr. Sadik Eraslan da çıxış edərək sərginin işinə öz xeyir-dualarını verdi.

Sərgini təşkil edən xanımlar adından danışan pediatr həkim Günel Əzəmmədova yaratdığı şəraitə Gəncliyə Yardım Fondunun rəhbərliyinə öz təşəkkürünü bildirdi və hər bir vətəndaşı bu işlərdə əl-ələ verib körpələrə dəstək olmağa çağırdı.

Açılış mərasiminin sonunda Gəncliyə Yardım Fondu tərəfindən 4 uşağa əlil arabaları təqdim edildi.

    Sonra iştirakçılar 3 gün davam edəcək sərgi ilə yaxından tanış olmuşlar.