28.03.2014-cü il tarixində “Gəncliyə Yardım Fondu” nda “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təşkilatçılığı ilə “Erməni Terroruna Yox Deyək!” adlı tədbir keçirildi. Baş tutan tədbiri giriş nitqi ilə “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu açdı. Azərbaycanın Dövlət Himni səsləndi, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildi.
Daha sonra “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu tədbir iştrakçılarını soyqırımla bağlı video-slayda baxmağa dəvət etdi. Sonra çıxış üçün söz, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ölkəmizin həqiqətlərini beynəlxalq aləmdə yüksək səviyyədə tanıdan Qənirə xanım Paşayevaya söz verildi.Qənirə xanım, Ermənistanın işğalçılıq siyasətindən danışdı, bu tipli tədbirlərin ölkəmizdəki ali, orta ixtisas və ümumtəhsil müəssisələrində keçirilməsinin mühüm əhəmiyyətini qeyd etdi.
”Gəncliyə Yardım Fondu”nun vitse-prezidenti Salman Əliyev, Füzuli rayonundan məcburi köçkün, tarixçi alim Nazim Tapdıqoğlu, Xocalı rayon İcra hakimiyyətinin məsul əməkdaşı Xəlil Vəliyev, “Milli Qəhrəmanların Təbliği” ictimai birliyinin sədri Mirbəşir Seyidzadə, “Yeni Yurd” sosial inkişaf ictimai birliyinin sədri Mahirə Əsədova, şairə Raifə Sərxanqızı və başqaları çıxış etdilər. Tanınmış şair Vaqif Nəcəfzadə, Nərimanov rayonundakı 45 saylı tam orta məktəbin 5- ci sinif şagirdi Xəyal Salmanov, 37 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Kamran Sadıqov vətənpərvərlik mövzusunda şeirlər söylədilər.
Tədbirin sonunda “Karvan” qrupunun hazırladığı, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan “Mübariz olaq!” klipi nümayiş olundu. Görüntülü kadrlarla müşayiət olunan mahnıya tamaşa edənlərin çoxu göz yaşlarını saxlaya bilmədi.