İnsanları sevmək, onlara qayğı göstərmək, ən azından onların dərdlərinə şərik olmaq, bununla yanaşı öz yurd- yuvalarından didərgin düşmüş soydaşlarımıza, onların timsalında imkansız ailələrə imkanımızın çatdığı qədər yardımların edilməsi ən azından insanlıq və vətəndaşlıq borcumuzdur.
Bu ülvi qayəni qarşısına məqsəd qoyan Gəncliyə Yardım Fondu 25 yaşlı gənc Adışov Orxanın əlil arbasına olan ehtiyacını qarşılamışdır.
Onun da istədiyi yerə rahat getməsi və hərəkətinin yaxşılaşdırılması üçün lazım olan əlil arabası Fond tərəfindən hədiyyə edildi. Ailəsinin maddi vəziyyətinin pis olması səbəbilə ala bilmədiyi əlil arabasının Gəncliyə Yardım Fondu tərəfindən ona hədiyyə edilməsi onun üçün böyük bir sevinc qaynağına çevrilmişdir.
Əlil arabası Fondun əməkdaşları tərfindən bir başa Orxanın yaşadığı mənzilə çatdırılmış və şəxsən özünə təqim edilmişdir.