Təhsil Fəaliyyətləri “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

3

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı.

Bakı şəhər orta ümumtəhsil məktəbləri arasında keçirilən müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-cı ildönümünə həsr olunub.

Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilb və Ümummilli Lider Heydər Əliyevin uğurlu həyat yolunu özündə əks etdirən video-rolik nümayiş etdirilib.

Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov  Heydər Əliyev irsinin gənc nəsilə çatdırılmasının vacibliyindən danışdı.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim öz çıxışında bildirib ki, bugünkü müstəqil və yüksək templə inkişaf edən Azərbaycan Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına ən böyük mirasıdır və bu miras möhtərəm prezidentimiz İlham Əliyevin uğurlu siyasətilə daha da güclənməkdədir.

 Daha sonra Prezident Administrasiyası İctimai-siyasi şöbənin məsul işçisi Rasim Mirzəyev cıxış edərək bildirib ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondu  tərəfindən keçirilən müsabiqələr gənclərin intellektual səviyyələrinin artırılmasına xidmət edir və elmli gənclərin formalaşmasına zəmin yaradır.

 Sonda müsabiqənin qalibləri və fərqlənən iştirakçılar mükafatlandırılıb.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin 91 illik yubileyinin geniş qeyd olunması, yeniyetmə və gənclərdə milli vətənpərvərlik ruhunun gücləndirilməsi, onların istedad və bacarıqlarının üzə çıxarılmasıdır.

“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri aşağıdakılardır.

I yer – Hüseynzadə Hüseyn – Qaradağ  rayon 139 saylı orta ümumtəhsil məktəbinin şagirdi

II yer –Müslümova Arzu – Binəqədi rayon 83  saylı orta ümumtəhsil məktəbinin şagirdi

III yer – Məmmədova Nərmin – Xətai rayon 138 saylı orta ümumtəhsil məktəbinin şagirdi