İnsani Yardım Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə sərhəd kəndlərində 650 kənd...

Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə sərhəd kəndlərində 650 kənd sakininə yardım paylanıldı

7

Azərbaycan Respublikası “Gəncliyə Yardım Fondu” 11 may 2014-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun göstərişi əsasında Tovuz rayonu icra hakimiyyəti  ilə birgə Tovuz rayonunun sərhəd kəndlərində tədbir həyata keçirmişdir.

Tədbirdə altı yüz əlli kənd sakininə 3 (üç) kq qurban əti və 5 (beş)  kq un paylanmışdır. Bundan əlavə yeni uşağı dünyaya gəlmiş iyirmi ailəyə “uşaq dəsti” hədiyyə edilmişdir.

 Hər bir uşaq dəstinin içərisinə 1. bir ədəd çanta, 2. bir ədəd körpə daşıma önlüyü, 3. bir ədəd ədyal, 4. bir ədəd geyim dəsti, 5. bir ədəd dəsmal, 6. bir dəst pampers, 7. bir ədəd yaş salfetka, 8. bir ədəd əmzik, 9. bir ədəd şampun, 10. bir ədəd sabun, 11. bir ədəd körpə daşıma səbəti yerləşdirilmişdir.

Həyata keçirilən tədbirdə ümumilikdə 1950 kq ət və 3250 kq un paylanmışdır.

Eyni zamanda Gəncliyə Yardım Fondu,  “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” ictimai birliyi ilə birgə həmin bölgədə 100 ailəyə humanitar yardım paylamışdır. 

Cəbhə bölgəsində yaşayan kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyi başda olmaqla bütün təşkilatçılara öz təşəkkürlərini bildirdilər.