Təhsil Fəaliyyətləri Dil Kurslarımızı Müvəffəqiyyətlə Bitirənlərə Sertifikatlar Verildi

Dil Kurslarımızı Müvəffəqiyyətlə Bitirənlərə Sertifikatlar Verildi

7

Bu gün Gəncliyə Yardım Fondunun konfrans zalında fondun nəzdində təşkil olunmuş növbəti kompyuter, ingilis dili, rus dili və ebru kurslarını müvəffəqiyyətlə bitirmiş müdavimlərə sertifikatların təqdim olunması mərasimi keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edildi.

Mərasimdə giriş sözü ilə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tədbirdə iştirak edən bütün qonaqları salamladı və müəllim əməyinin  əhəmiyyətinin qiymətsiz olduğunu vurğulayaraq Fondun gənclər üçün həyata keçirdiyi uğurlu fəaliyyətlərindən danışdı. Natiq öz çıxışında günü-gündən inkişaf edən Azərbaycanda gənclərə gözstərilən dövlət qayğısını xüsusi qeyd etdi.

Gəncliyə Yardım Fondunun Təhsil İşləri üzrə koordinatoru İbrahim Erol, Bakı Dövlət Universitetinin müəllimi Ali Bulut tədbirdə çıxış edərək qloballaşan dünyada kompyuter və xarici dil biliklərinin yüksək qiymətləndirilməsindən danışdılar.

Tədbirdə çıxış edən Gənc Mühasiblər Birliyinin sədri Solmaz  Əliyeva bütün tələbələri bu gözəl gün münasibətilə təbrik etdi və Gəncliyə Yardım Fondunun bu uğurlu fəaliyyətlərini yüksək qiymətləndirdiyini bildirdi.

Qeyd edək ki, mərasimdə 40 nəfərə sertifikat təqdim edildi. Bu sertifikatlardan 3-ü ebru, 5-i Auto cat,   17-si kompyuter, 10-u ingilis, 3-ü rus və 2-si ilkin tibbi yardım kurslarını müvəffəqiyyətlə bitirmiş tələbələrə təqdim edildi.

Kursda iştirak etmiş tələbələr də öz növbələrində fond rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Sonda tələbələr və fond rəhbərliyi birgə xatirə şəkilləri çəkdirdilər.